Koronavirusdan sonrakı yeni təhlükə - QARA KİF
Mukormikoz və ya “qara kif” kimi tanınan bu xəstəlik artıq Misir, Meksika və İraqda qeydə alınıb.
Xəstəlik, immuniteti zəif olan şəxslər üçün ciddi təhlükə törədir. Onların sırasına koronavirusdan sağalan insanlar da aiddir.
Müxtəlif nəşrlərdə bu xəstəliyə yoluxan xəstələrin həyatını qurtarmaq üçün onların əllərinin amputasiya edildiyini, gözlərinin çıxarıldığı bildirilir.
Tanınmış ukraynalı mütəxəssis, tibb elmləri doktoru, professor Serqey Qulyar sözügedən xəstəliklə əlaqədar Caliber.Az-a açıqlama verib.
S.Qulyar xəstəliyin xüsusiyyəti, onun niyə məhz indi özünü büruzə verməsi və bu xəstəlik ətrafında nəyə görə bu qədər hay-küy yaradılmasına aydınlıq gətirib.
“İnsanlığa lazımdır ki, onun hər zaman nə iləsə qorxutsunlar. İnternetdə nə qədər müxtəlif konspiroloji materialının dolaşdığına baxın, ona görə, buna əhəmiyyət verməyək.
Əllərin kəsilməsinə, gözlərin və sair əzaların çıxarılmasına gəlincə... Söhbət lokal təsirdən gedir. Nə isə baş verir və əli kəsirlər. Ancaq bu səhvdir, çünki xəstəlik sistemlidir və bütün bədəni sıradan çıxarır, sadəcə olaraq o, müxtəlif adamlarda orqanizmin fərqli hissələrində özünü göstərir”.
Ukraynalı mütəxəssis əlavə edib ki, əvvəl xəstənin hansı protokola əsasən necə müalicə aldığını anlamalıyıq.
“Ancaq bir daha öz fikrimi söyləyim - nəzəri olaraq mikrob-göbələk balansının pozulması barədə düşünmək lazımdır. Ancaq bu disbiyozu aradan qaldıran dərmanlar var və müalicə zamanı (koronavirusdan - red.) disbiyozun profilaktikasını həyata keçirmək lazımdır.
Ancaq diaqnoz artıq qoyulubsa, demək ki, proses təəssüf ki, çox uzağa gedib və bunun necə bitəcəyini söyləmək çətindir. Bu, dediyim kimi sistemli xəstəlikdir. Əgər qanqrena, sağalmayan yaralar, daxili orqanlarda nə isə varsa, onsuz da artıq reanimasiya tədbirləri ilə məşğul olmalısınız”.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"