Paraşütçüyə sarı vərəqə göstərdi

14:00 10-06-2021 | icon 327 | Maraqlı
Paraşütçüyə sarı vərəqə göstərdi

Polşadakı futbol matçında kuryoz hadisə qeydə alınıb.

 

“Haber Global” xəbər verir ki, “Olimpia Elblag” və “Pisa Primavera Barczewo” klubları arasında keçirilən qarşılaşma zamanı paraşütçü idman meydançasına enib.

 

Təəccübdən nə edəcəyini bilməyən hakim paraşütçüyə sarı vərəqə göstərib. Onun bu hərəkəti həm furbolçular, həm də azsaylı tamaşaçıların gülüşünə səbəb olub.

 

Sonradan paraşütçünün oyun meydançasına təcili eniş etmək məcburiyyətində qaldığı məlum olub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər