12 yaşlı iş adamı

15:30 10-06-2021 | icon 708 | Maraqlı
12 yaşlı iş adamı

Amerikanın Şimali Karolina ştatından olan yeniyetmə Mayk Uimmer 12 yaşında olmasına baxmayaraq, artıq orta məktəbi və kolleci bitirib, həmçinin özü üçün iki iş qurub.

 

Bu barədə “NBC News” xəbər verib.

Məlumata görə, Mayk Uimmer uşaq yaşlarından dərsləri rahatlıqla öyrənib, amma yaşının azlığından ciddiyə alınmayıb və istədiyi əlavə dərslərə girə bilməyib. Bundan sonra o, boş vaxtlarında iki texnoloji şirkət yaradıb.

 

O, ilk şirkəti “Next Era Innovations”ı yeddi yaşında işə salıb.

 

Koronavirus pandemyası müddətində məktəbə getmə zərurətinin olmaması ona daha çox vaxt verib və o, zamanını əlavə dərslərə sərf edib. 2020-ci ilin dekabrında Mayk məktəb proqramının mənimsəyib və diqqətini kollec təhsilinə yönəldib. Cari ilin iyun ayında Uimmer həm məktəbi, həm də kolleci bitirib.

 

Qeyd edək ki, Uimmer elmi və iş yükünə baxmayaraq, uşaqlara məxsus məşğuliyyətlərə də vaxt tapır.

 

“Otağım “Hot Wheels” maşınları ilə doludur, yerdə oyuncaq dəmir yolu var və hər yerdə “Lego” oyuncaqları səpələnib. Mən həm dərsdən, həm işdən zövq alıram, həm də uşaq olaraq qalıram”, - deyə o bildirib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı