Zibilçilər meriyaya hücum etdilər
Məişət tullantılarının atılması xidmətinin əməkdaşları Parisin 13-cü dairəsi meriyasının binasına hücum çəkiblər.
Bu barədə “RİA Novosti” BFMTV telekanalına istinadən məlumat yayıb.
Onlar dövlət qulluğu sahəsindəki islahatlar, məzuniyyət müddətinin azaldılması, həmçinin antisanitar iş şəraitinə qarşı etiraz edərək, rayon bələdiyyəsi binasında dağıntılar törədiblər.
Dairə meri Jerom Kume aksiyanı pisləyib. O, zorakılıq, oğurluq və əmlaka zərər vurmanın qanuni hərəkətlər olmadığını qeyd edib.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"