Qazilərin hüquqlarını pozan “qazilər”
“O qədər bu yardıma öyrəniblər ki, artıq ardıcıl müavinətlər tələb edirlər”
II Qarabağ savaşından sonra sosial şəbəkələrdə əlilliyin təyinatı və I Qarabağ döyüşlərində saxta vəsiqə aldıqları iddia olunan şəxslərlə bağlı müzakirələr səngimir. Saxta vəsiqə aldıqları iddia olunan şəxslərin həqiqi qaziləri öz yalanlarının gözünə soxaraq səs-küy yaratmaları bir çox hallarda əsl qazilərimizin də yersiz hədəfə alınmasına şərait yaradır. Təsdiqlənməyən faktlar əsasında neçə-neçə qazimizin bu cür ədalətsizliyə uğradığını müşahidə etməkdəyik. Beləcə əsl döyüşçülərin kölgəsindən özlərinə dvident qazanmağa çalışan yalançılar uzun illər aldıqları müavinətləri əldən verməmək üçün nə gəldi edirlər. Beləliklə, əsl qazilərin hüquqları məhz yalançılara görə pozulmuş olur.
Versus.az xəbər verir ki, əlilliyin növbəti dəfə yoxlanılması prosesində vəsiqəsi ləğv olunan belə vətəndaşların qaldırdığı səs-küy sosial şəbəkələrdə bir çox hallarda Qarabağ qazilərinə qarşı antitəbliğat vasitəsinə çevrilir. Hətta məsələ internet saytlarlnda da yer alır. Əksər hallarda bu proses əsl Qarabağ qazilərinin hüquqlarının tapdalanması və əsl qazilərə yönəlməli olan vəsaitin saxta vəsiqə düzəldən veteranlara şamil olunur. Təbii ki, saxtakarlığın özəyi aidiyyatı orqanlarda çalışan “işbazların əli ilə gerşəkləşir. Öz şəxsi təşəbbüsü ilə özünə əlillik düzəldən keçmiş döyüşçü, yaxud digər fərdlər bu mənada haqlı olaraq, “əgər döşüşdə iştirak etməmişəmsə, niyə veteran vəsiqəsi veriblər”, yaxud, “qazi deyiləmsə, niyə əlillik vəsiqəsi verirdinz” deyə sual edirlər. Əslində, belə neqativlərin Əmək və Sosial Müdafiə Nazirliyinin yerli aidiyyatı orqanlarında çalışan nümayəndələrinin, eləcə də həkim komissiyalarında illərdir təqid olunan iş strukturundan irəli gələn məqamlar kimi araşdırılmasına ehtiyac var.
Sosial şəbəkələrin daim gündəmdə saxladığı və gündəmin əsas mövzusu olan əlillik dərəcəsi, əlilliyin verilməsi, veteran vəsiqəsi və əlilliyin ləğv olunması ilə bağlı mübahisəli məqamlarla bağlı ictimai-siyasi kəsimin fərqli yanaşmaları maraqlı nüansları üzə çıxarır.
“Təmizləmə prosesində həqiqi Qarabağ əlillərinin statusu qorunur”
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə qazilik adından sui-istifadəni qəbulolunmaz hal kimi dəyərləndirib.
Onun sözlərinə görə, vəziyyətin belə neqativ səviyyəyə gəlib çıxması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əvvəlki məmurlarının və indi də davam edən rüşvətxor işbazlarının işidir:
“Biz bu gün sosial təminat sistemində ədaləti qoruyuruq və ədaləti tətbiq etməyə qalxmışıq. Amma çox gecikmişik. Qazilik şərəfli bir işdir. Bəzi saxtaların üzündən əsl qazilərin səsi çıxmır. Onlar elə bil abırlarından susublar. Onların hüquqları pozulur. İstəməzdim ki, əsl qazilərə şübhə ilə yanaşaq. O təmizliyi qorumalıyıq”.
S.Alızadə II Qarabağ savaşından sonra qazilərə münasibətdə belə neqativ hallara rast gəlinmədiyini bildirib. Onun sözlərinə görə, I Qarabağ savaşından sonra iştirakçılar vəsiqələri, əliliyi 1994-cü və ondan sorakı illərdə alıblar:
“Hətta aralarında evlə, maşınla təmin olunanları da var. Onlar bunu özbaşına almayıblar. Saxta əlilliyi verənlər, vəsiqə verənlər ikiqat günahkardır. O insanlar o qədər bu yardıma öyrəniblər ki, artıq ardıcıl müavinətlər tələb edirlər. Bilirsiz ki, o əlillərin 5 ildən bir yoxlanışı olur. Xəstəlik sağalıbsa və travma düzəlibsə, verlən arayış dəyişdirilir və yaxud da şəxsin əlilliyini ləğv edirlər”.
Əksər hallarda sağlam insnların da ikinci, birinci qrup almaq üçün çalışdığını deyən S.Alızadə indi bu sistemdə təmizlənmə prosesinin başlandığını deyib. Onun sözlərinə görə, keçid dövründə sosial təminatla bağlı çox əskiklər üzə çıxır. İnsanlar da artıq buna öyrəşib, öz təminatını həmin müavinətin üzərində qurub. Birdən-birə sistemin dəişməsini qəbul edə bilmirlər.
S.Alızadə hesab edir ki, təmizləmə prosesində həqiqi Qarabağ əlillərinin statusu qorunur. O, ictimai şura üzvü kimi Tibbi Reablitasiya Mərkəzində əlillərin əyani baxışında iştirak edən zaman bunun şahidi olduğunu vurğulayıb. Bildirib ki, kimin əlilliyi ona həyat fəaliyyətini davam etdirməyə imkan vermir, onun əlilliyi saxlanılır. Kim əvvəl xəstəliklə əlillik alıbsa və son yoxlanışlarda o xəstəlik onda çıxmırsa, ona əlilik verilmirdi:
“Həmin insanlar bunu ədalətsiz yanaşma hesab edirdilər. Mən də bildirdim ki, bu şəraiti vaxtilə bu nazirlik özü yaradır. Məhz nazirliyin yerlərdə olan şöbə işçiləri insanları saxta əlillik almağa təhrik ediblər. Nəticə də buna gətirib çıxartdı. Əlilliyi olan o insanlar arasında ev alan, maşın alanlar var. Bu dövlət tərəfindən ona verilib. O da haqlı olaraq deyir ki, əgər saxta əlillikdirsə, dövlət niyə mənə evdə verib, maşın da verib. Çox pis bir porodoksal vəziyyət yaranıb. Əslində verilməli deyildi. İnsan deyir ki, 20 ildir mən bundan istifadə edirəm. Əlbətə ki, qazilər nə qədər sağalıb müstəqil həyata adaptasiya olunacaq, bu bizim başucalığımız olacaq. Bərpa oluna bilməyən, orqanlarını, əmək fəaliyyətini itirənlərə əlillik verilməlidir. Acınacaqlı məqamdır ki, ayağı dizdən aşağı olmayana 3-cü qrup veririk. Bu, insanlarda qıcıq oyadır. Nazirlikdən Milli Məclisə qruplar arasında meyarları dəyişdirəcək təkliflər paketi verilib. Ondan sonra qruplar arasında meyarları ölçmək asanlaşacaq. Əlillərin təminatında da özünü köklü surətdə göstərəcək. Proses belə davam edə bilməz. O insanlar çox gözləyə bilməzlər. Onlar hamısı aztəminatlı, təqaüdə möhtac insanlardır və gözləyə biləməzlər. Biz bunu çoxdan etməliydik. Bir ölkənin sosial təminat sistemi müharibə başlamazdan əvvəl ayaq üstə, hazır olmalı idi, bütün resursları ilə birlikdə. Bizdə isə əksinədir, bu proses bizdə indi başlayır. Ona görə də biz gec reaksiya veririk. Əlilliyin təyini meyarları ilə bağlı təkliflər hələ təzəliklə Milli Məclisə getdi. Amma çoxdan hazır olmalı idi”.
“Onlar həqiqi əlilliyi olan insanlardan daha çox imtityazlar tələb edirlər”
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev saxta əlilliyin, saxta veteran vəsiqələrinin verilməsinin I Qarabağ savaşından sonra baş verdiyini qeyd edərək, bu gün belə halların olmasını mümkünsüz hesab edib. Onun sözlərinə görə, bu gün nizami ordumuz, qayda-qanunla aparılan qeydiyyat, orduya qəbul olunan, müharibə dövründə səfərbərliyə çağrılan hər bir kəsin dəqiq uçotu var.
M.Quliyev bildirib ki, I Qarabağ müharibəsi dövründə hələ ordu formalaşmamışdı, ölkədə dövlətçilik çox zəif idi və hərcmərclik var idi. Mülki vətəndaşlar gedib hər hansı batalyonlar formalaşdırırdılar. Xalq Cəbhəsi Hakimiyyəti dövründə hər vəzifəli adamın bir dəstəsi var idi. Könüllü insanlar dəstələrdə vuruşurdular:
“Bunların arasında həqiqi döyüşənlər də olub, döyüşməyib sonrakı dövrlərdə saxta sənəd alanlar da. Üçüncü qrup adamlar isə ümumiyyətlə orduya aidiyyatı olmayan, heç bir əməliyyatlarda iştirak eləmiyən və tamamilə başqa səbəblərdən xəsarət alan, xəstələnib əlillik alan, amma xəstəlik səbəbini müharibə ilə əlaqələndirə bilmiş adamlardır. Belə insanlar azdır. Amma hətta bir nəfərin olması belə bizim cəmiyyət üçün qəbul olunan deyil. Həqiqətən də müharibədə döyüşən vətən uğrunda sağlamlığını qurban verən insanlar üçün bu, qəbul olunan məsələ deyil. Eyni zamanda bu, onların xidmətini və haqqlarını mənimsəməkdir”.
M.Quliyev hesab edir ki, həm ictimaiyyət nümayəndələri, QHT-lər, Vətən müharibəsi, Qarabağla bağlı yaranan cəmiyyətlər özləri bu məsələləri vaxrtaşırı araşdırmalıdırlar:
“Bu insanlar həqiqi əlilliyi olan insanlardan daha çox imtityazlar tələb edirlər. Daha çox səs-küy salır, diqqət tələb edirlər. Bununla da həqiqi Qarabağ qazilərinin haqlarına girmiş olurlar. Hazırda Əmək və Sosial Müdafiə Nazirliyində əlilliyin ekspertizasının tamamilə şəffaflaşdırılması istiqamətində ciddi tədbirlər görülür. Sənədlər qaldırılır, araşdırılır, şəxslərin əlillik vəziyyəti öyrənilir. Bu prosesdə neqativlərin aşkara çıxarılması halları var. Araşdırmışıq ki, bəzi insanların həmin dərəcəni almağa sağlamlıq vəziyyətinə görə haqları çatmır. Və yaxud da onlar həmin prosesdə iştirak etməyiblər, sənədlər qüsurludur, saxtadır”.
M.Quliyev bu prosesin çoxdan başladığını deyib. Onun sözlərinə görə, II Qarabağ savaşından sonra elə bir qədər də aktuallaşıb:
“Çünki dövlətin bu qrupdan olan insanlara diqqəti, cəmiyyətin qayğısı, YAŞAT fondunun yaranması və onların müəyyən məişət, təhsil, sağlamlıq problemlərinin həlli prosesi gedir. Bəzi insanlar da bu prosesdən istifadə edərək yenə də özlərinə layiq olmayan haqqı qazanmaq istəyirlər. Cəmiyyət bütövlükdə bu məsələdə diqqətli olmalı və ağı qaradan ayırmalıdır”.
M.Quliyev özlərinə saxta vəsiqə, əlillik alan şəxslərin “əgər mən əlil deyiləmsə, dövlət niyə mənə əlillik, ev maşın verib” iddiasına birmənalı yanaşmayıb. Bildirib ki, istənilən halda həmin saxtakar o statusları almaq üçün müəyyən təşəbbüs göstərib. Yəni bütün hallarda o özü də qarşı tərəf kimi günahkardır. Deputat istənilən halda Azərbaycanın hüquqi dövlət olduğunu xatırladaraq həmin şəxslərin haqlarını bərpa etmələri üçün məhkəmələrə müraciət etmək imkanlarının olduğunu deyib:
“Həmin şəxs həqiqətən də hesab edirsə ki, haqlıdır və ona əlillik dərəcəsi, veteran vəsiqəsi verilməlidir, buyurub məhkəməyə müraciət etsin. Yoxsa sosial şəbəkələrdə nəsə xəbər paylaşmaqla, kimisə hədələməklə, kimisə şantaj etməklə və yaxud özümü yandırmaqla, pikət keçirməklə problem həll olunmayacaq. Bəziləri var ki, doğurdan da döyüşüb, xəsarət alıb indi sağalıbsa, onun da əlilliyi ləğv edilə bilər. Döyüşməyə görə əlillik dərəcəsi verilmir, döyüşməyə görə veteran vəsiqəsi verilir. Heç kim toxunulmaz deyil. Amma istənilən halda hər kəs məhkəməyə müraciət edib haqqını müdafiə etməlidir”.
M.Quliyev Əlillik dərəcəsinin verilməsi ilə bağlı mübahisələrə toxunub. Bildirib ki, döyüşlərdə iştirak edib yaralananların müalicə olunub sağalması gözlənir. Bəzi qazi və veteranlarımızın ailə üzvləri bu proseduru gözləmədən əlillik dərəcəsinin verilməsini tələb edirlər:
“Prinsipcə onları başa düşmək olar. Çünki sağalana qədər onların bir təminatları olmalıdır. Mən o vaxt da təklif etmişdim ki, onlar sağalana qədər müəyyən müavinətlərin ödənilməsi, işləyirsə iş yerindən büllütenlərinin ödənilməsi, işləmirsə Yaşat Fondundan, Heydər Əliyev fondundan müvinətlə təmin olunması yerinə yetirilmılidir”.
M.Quliyev çox müzakirə olunan məsələlərdən biri olan “müharibədə döyüşüb əlil olan insanlarla, mülki həyatda qəza nəticəsində əlil olan insanla əlillik dərəcəsinin eyni olması məsələsinə də toxunub:
“Əlillik dərəcələri aldığın xəsarətin ağırlığına görə verilir, səbəblərinə görə yox. Fərq birinin Mülki əlil, digərinin hərbi əlil olmasıdır. Hərbi əlilə güzəştlər verilir - pensiya təminatı, müavinət təminatı, avtomobil, mənzil təminatı, övladlarının təhsil haqlarının ödənilməsi, özlərinin, ailə üzvlərinin sağlamlığının bərpası ilə bağlı xərclər, eyni zamanda əlilliyin sığorta almaq haqları və sair”.
Deputat ayağını itirmiş qazilərə əlillik dərəcəsinin verilməsində yaranan mübahisələrə də toxunub. Bildirib ki, Əlillik dərəcəsinin meyarları Ümumdünya səhiyyə təşkilatı tərəfindən müəyyən edilib:
“Əgər topux oynağı və topux oynağından diz oynağına qədər olan məsafədə baldırın itirilməsi baş verirsə, ona 3-cü qrup verilir, protez verilir, o protezlə də fəaliyyətini, işini davam eləyir və sair. Buda qədər həm daban, həm topux oynağı hər ikisi də itirilibsə, onda ikinci qrup verilir. Əgər amputasiya bud çanaq oynağındadırsa, ona birinci qrup verilir. Çünki ona protez düzəltmək çətin olur, həm də əmək fəaliyyəti də kifayət qədər məhdud olur. Bu tibbi meyarlar bu gün qəbiul olunmayıb, bizim həkimlər kəşf etməyib. Amma burda qiymətləndirilməsi vacib olan faktorlar da var. Əgər ampbutasiya mina partlayışı və yaxud da hansısa kantuziya ilə müşaiyət olunan xəstəliklə alıbsa, 1-2 il kantuziya sağalana qədər ona ağır əlillik dərəcəsi təyin etmək olar. Amma bunu da ekspert dəyərləndirilməsi ilə qiymətləndirmək olar. Bunu müşahidələrlə, mənim deməyimlə həll etmək olmaz. Araşdırılma aparılmalıdır. İnşallah gələn ildən hər şey qaydasına düşəcək”. /həftə içi/
Tahirə Qafarlı
Versus.Az
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...