"Onlara bu şəraiti rus sülhməramlıları yaradıblar"

20:19 10-06-2021 | icon 469 | Siyasət
"Onlara bu şəraiti rus sülhməramlıları yaradıblar"

Elşad Musayev: “Ermənilər Laçın dəhlizindən öz istədikləri kimi istifadə edirlər" 

 

"Jurnalistlərin minaya düşməsi aydın göstərdi ki, ermənilər öz məkirli siyasətlərindən və addımlarından geri çəkilməyiblər. Baxmayaraq ki, ağır məğlubiyyətə düçar olublar, amma nə 10 noyabr nə də 11 yanvar öhdəliklərini yerinə yetirmir, əksinə, separatçı addımlarını davam etdirirlər".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev bildirib.

 

Partiya sədri vurğulayıb ki, ermənilər Laçın dəhlizindən öz istədikləri kimi istifadə edir, istənilən Azərbaycan düşmənini həmin dəhliz vasitəsilə Xankəndi və digər ərazilərimizə gətirirlər. Onlara bu şəraiti rus “sülhməramlı”ları yaradıblar:

 

"Biz dərhal Laçın dəhlizinə öz sərhədçilərimizi, əsgərlərimizi yerləşdirməli, ermənilərin və digərlərinin qanunsuz gəliş-gedişinin qarşısını almalı, Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistan öhdəliklərini yerinə yetirməyənə qədər Laçın dəhlizini bağlamalıyıq. Sərhədimizi pozan düşmənə qarşı ən sərt tədbir görməli, Zəngəzur, Qazax, Naxçıvan və digər ərazilərimizdən qoparılmış öz dədə-baba torpaqlarımızı addım-addım geri qaytarmalıyıq.

Mən təklifləri verirəm, hakimiyyət də bu təklifləri reallaşdırmaq üçün ilk növbədə Ermənistanın qarantı Rusiyaya xəbərdarlıq etməli, daha sonra Laçın dəhlizini bağlamalı, Ermənistanla aramızda təhlükəsizlik zolağı yaratmaq üçün qoşunlarımıza "İRƏLİ!" əmri verməlidir. Hərə öz işini görməlidir, biz təklif veririk, hakimiyyət də əlindəki səlahiyyətdən istifadə edib əməli iş görməlidir".

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı