Perunun yeni prezidenti
“Azad Peru” sol radikal partiyasının nümayəndəsi Pedro Kastilyo ölkədə keçirilən prezident seçkilərində qələbə qazanıb.
TASS-ın məlumatına görə, bu barədə Cənubi Amerika respublikasının Seçki Proseslərinin Milli Ofisi tərəfindən səsvermənin ikinci turunun protokollarının nəticələrinin açıqlanmasından sonra bildirilib.
Bu halda bülletenlərin təxminən 99,2 %-i hesablanıb. Nəticələrə əsasən Kastilyoya 8 800 081 seçici (50,198 %) səs verib. Eyni zamanda 8 730 535 seçici (49,802 %) onun rəqibi, sağçı “Xalq gücü” partiyasından namizəd Keyko Fuximoriya səs verib. Ölkənin 6,3 milyondan çox seçicisi yaxud səsvermə hüququ olan vətəndaşların 25 %-dən çoxu seçki məntəqələrinə gəlməyiblər.
Qeyd edək ki, səslərin hesablanmasının başlanğıcından Fuximori liderlik edirdi.
Perunun yeni seçilmiş prezidenti iyulun 28-də vəzifəsinin icrasına başlayacaq. Onun səlahiyyət müddəti 5 ildir.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"