Partiya sədri beynəlxalq aləmi susqunluqda qınadı

10:15 11-06-2021 | icon 321 | Siyasət
Partiya sədri beynəlxalq aləmi susqunluqda qınadı

Abutalıb Səmədov: “Bu addımların hamısı Azərbaycanın əleyhinə yönəlmiş diplomatik gedişlərdir”

 

“Biz təxribatlara uymamalı, 10 noyabr və 11 yanvar bəyanatlarının icra olunması üçün səbrlə ardıcıl iş aparmalı,  “görmə” və “anlama” problemi olan dünya güclərinə dönə-dönə sübut etməliyik ki, bölgədə sülhün, iqtisadi əməkdaşlığın təmin olunması üçün konstruktiv fəaliyyət göstərməyə hazırıq. Bir an belə unutmamalıyıq ki, “minalanmış” diplomatik sahədəyik və bir ehtiyatsız addım bizə çox ciddi problemlər yarada bilər”.

 

Versus.Az xəbər verir ki, bunu Azərbaycan Naminə Alyans Partiyasının (ANAP) sədri Abutalıb Səmədov Kəlbəcərdə mina partlayışı nəticəsində 2-si jurnalist olmaqla həlak olan və yaralanan mülki vətəndaşlarımızla bağlı beynəlxalq insan hüquqları təşkilatlarının ikili yanaşmaları və rus sülhməramlıları və monitorinq mərkəzinin səriştəsiz işi ilə bağlı açıqlamasında bildirib.

 

Partiya sədri eyni zamanda, “ən xırda hadisələri böyüdüb, “şivən” qaldıran “Sərhədsiz reportyorlar” təşkilatının “iki azərbaycanlı jurnalistin minaya düşərək ölməsi erməniləri qətldə günahlandırmaq üçün əsas sayıla bilməz”- bəyanatını pisləyib:

 

“Buna da alışmışıq və beynəlxalq qurumların bu cür ədalətsiz addımları bizi uzun müddətdir ki, təəccübləndirmir. Yaxın günlərdə ABŞ prezidenti Türkiyə və Rusiya prezidentləri ilə “Qarabağ məsələsini” müzakirə edəcək. Minsk qrupu təkliflər hazırlayacaq, Rusiya və Fransa prezidentləri “yeni” təşəbbüslə çıxış edəcəklər. Bu addımların hamısı Azərbaycanın əleyhinə yönəlmiş diplomatik gedişlərdir. Bu məqamda biz xüsusilə ehtiyatlı olmalı və birliyimizi qorumalıyıq. Unutmamalıyıq ki, bizim qarşımızda Ermənistan deyilən “müstəqil dövlət” dayanmayıb, böyük qələbəmizdən narahat olan və hər vasitə ilə ermənilərə yardım etməyə çalışan dünya  gücləri dayanıb. Bizim erməni təxribatlarına emosional yanaşmaq və emosional cavab vermək haqqımız yoxdur. Qələbəmizi, Türkiyənin bölgədə nüfuzunun artmasını “həzm edə bilməyən” ermənipərəst dövlətlərə də bu lazımdır”.

 

A.Səmədov qeyd edib ki, 10 noyabr 2020-ci ildə imzalanmış Bəyanatın 4-cü maddəsinin tələbinə görə Rusiya sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilməli idi. Ruslar yerləşdi, ancaq, erməni silahlılarının çıxarılması barədə heç bir məlumat yoxdur. Rus sülhməramlıları erməni silahlılarını çıxarmaq üçün heç bir iş görmürlər:

 

“Təəssüf ki, Bəyanatın 5-ci maddəsinə əsasən “razılaşmalara əməl edilməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə” yaradılan sülhməramlı monitorinq mərkəzi bu istiqamətdə heç bir iş görmür. Ümumiyyətlə, böyük ümidlər bəslədiyimiz bu mərkəzin fəaliyyəti barədə nə özlərinin, nə də Müdafiə Nazirliyimizin heç bir məlumat verməməsi ciddi narahatlıq döğurur”.

 

Partiya sədri ermənilərin minalanmış sahələrin xəritəsini müxtəlif bəhanələrlə verməkdən imtina etdiyini qeyd edərək, beynəlxalq aləmin buna susqunluqla yanaşmasını qınayıb:

 

“Bu münasibətə biz çoxdan alışmışıq. Azərbaycan əleyhinə fasilə vermədən qərarlar qəbul edən Avropa İnsan hüquqları Məhkəməsi minalanmış sahələrin xəritəsini verməyən  Ermənistana qarşı aralıq tədbirlərinin görülməsi barədə tələblərimizi təmin etmədi”.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür