Bu idmançılarımıza vaksin vurulmasına başlandı

17:35 11-06-2021 | icon 711 | İdman
Bu idmançılarımıza vaksin vurulmasına başlandı

Azərbaycanı Tokio Yay Olimpiya Oyunlarında təmsil edəcək idmançıların və Yaponiyaya gedəcək heyət üzvlərinin COVID-19 infeksiyasına qarşı peyvəndləmə prosesinə başlanıb.

 

Versus.Az-aMilli Olimpiya Komitəsinin (MOK) mətbuat xidmətindən verilən məlumata görə, ilk peyvənd MOK-un vitse-prezidenti Çingiz Hüseynzadəyə vurulub.

 

Peyvəndləmə prosesinə koronavirus xəstəliyinə yoluxmayan bütün idmançılar, Olimpiya heyəti üzvləri cəlb olunub. MOK vitse-prezidenti Çingiz Hüseynzadə bildirib ki, vaksin vurulmasına əks göstərişi olmayan, Azərbaycanın Tokio Olimpiya Oyunları komandasının bütün üzvləri peyvəndləməyə cəlb olunacaq. Hazırda təlim-məşq toplantısında olan Olimpiya komandası üzvləri də mərhələli şəkildə Olimpiya Oyunlarına qədər peyvənd olunacaqlar. İştirakçı ölkələrdə başlanan peyvəndlənmə prosesi Tokio Yay Olimpiya Oyunlarıının sağlamlıq üçün təhlükəsiz şəraitdə keçməsinə zəmin yaradacaq”.

 

Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax son çıxışında bildirib ki, atletlər kəndində məskunlaşacaq Tokio Olimpiya və Paralimpiya Oyunlarında iştirak edəcək idmançıların və komanda üzvlərinin 80 faizi oyunlar başlayana qədər vaksinasiya olunacaq.

Tokioda Olimpya Oyunları 23 iyul - 8 avqust, Paralimpiya Oyunları isə 24 avqust - 5 sentyabr tarixlərində keçiriləcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI