Deputat şəhidin ailəsi ilə görüşüb
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva "Vətənə xidmət" ordeni ilə təltif olunmuş qəhrəman şəhidimiz Şahmar Quliyevin atası Kəmaləddin Quliyev və şəhidin həyat yoldaşı Gülnarə Quliyeva ilə görüşüb.
Versus.Az xəbər verir ki, Komitə sədri şəhid ailəsini dinləyib, qayğıları ilə maraqlanıb, öz ürək sözlərini bölüşüb:
"Siz, Vətən uğrunda öz canını qurban vermiş mərd zabitimizin ailəsisiniz. İşğalçı düşmən üzərində qələbə münasibəti ilə sevinci, qüruru və təbriki ən çox siz şəhid ailələri haqq edirsiz. Biz Sizə çox minnətdarıq! Şəhid zabitimizin ruhu qarşısında dərin ehtiramla baş əyirik! Şahmar Quliyevin Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərdiyinə, vəzifə borcunu ləyaqət və vicdanla yerinə yetirdiyinə görə III dərəcəli Vətənə xidmətə görə ordeni ilə, habelə "Vətən uğrunda" medalı ilə təltif edilib. Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb, düşməndən ağır intiqam alınıb. Azərbaycanımızın tarixi zəfəri münasibəti ilə Sizi bir daha təbrik edirik"!
Komitə sədri şəhid ailəsinə Qarabağ motivli xatirə hədiyyəsi təqdim edib.
Görüşdə RHİM İB sədri Arzu Bağırova iştirak edib.
PƏRİ
Versus.Az
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...