Deputat şəhid gizirimizin anası ilə görüşüb
Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsinin şəhidi, qəhrəman gizirimiz Sübhan Mahir oğlu Abdurahmanlının anası Mehriban Abdurahmanlı ilə Milli Məclisdə görüşüb.
Versus.Az xəbər verir ki, Komitə sədri şəhid anasını dinləyib, qayğıları ilə maraqlanıb, öz ürək sözlərini bölüşüb:
"Siz, Vətən uğrunda öz canını qurban vermiş mərd gizirimizin anasısız. İşğalçı düşmən üzərində qələbə münasibəti ilə sevinci, qüruru və təbriki ən çox siz şəhid anaları haqq edirsiz. Biz Sizə çox minnətdarıq! Şəhid oğlunuzun ruhu qarşısında dərin ehtiramla baş əyirik! Sübhan Abdurahmanlı Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidentinin Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif edilib. O, həmçinin "İgidliyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub. Sübhan Abdurahmanlı kimi hərbçilərimizlə hər zaman qürur duyacağıq! Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb, düşməndən ağır intiqam alınıb. Azərbaycanımızın tarixi zəfəri münasibəti ilə Sizi bir daha təbrik edir, vətəncanlı övlad böyütdüyünüz üçün çox təşəkkür edirik"!
Komitə sədri şəhid anasına Qarabağ motivli xatirə hədiyyəsi təqdim edib.
Qeyd edək ki Sübhan Abdurahmanlı (18.10.1992, Bakı - 02.10.2020, Füzuli) - 2010-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2012-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu idi. Azərbaycan Ordusunun giziri olan Sübhan Abdurahmanlı 2020-ci il sentyabrın 27-də başlayan Azərbaycan Vətən Müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə fədakarlıqla iştirak edib. Ruhu şad olsun!
Görüşdə RHİM İB sədri Arzu Bağırova iştirak edib və şəhid anasına "könlümüz və bütün imkanlarımızla hər zaman yanınızdayıq" deyib.
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...