"Bundan nəinki Azərbaycan, elə Rusiya ictimaiyyəti də hiddətlənib"

20:01 12-06-2021 | icon 481 | Dünya
"Bundan nəinki Azərbaycan, elə Rusiya ictimaiyyəti də hiddətlənib"

Sergey Markov: "Monte Melkonyan kimi şəxslərin xatirə gecəsini keçirmək qətiyyən yolverilməzdir"

 

“Monte Melkonyan kimi şəxslərin xatirə gecəsini keçirmək qətiyyən yolverilməzdir. Bundan nəinki Azərbaycan, elə Rusiya ictimaiyyəti də hiddətlənib. Bildiyimiz kimi, Monte Melkonyan terror hücumlarının hazırlaması və həyata keçirməsi ilə tarixə düşüb. Bu tədbir ləğv edilməli, təşkilatçıları barəsində də hüquq mühafizə qurumları tərəfindən müvafiq tədbirlər görülməli, cinayət işi başlanmalıdır”.

 

Versus.Az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov Rusiya Erməniləri İttifaqının təşkil etdiyi Monte Melkonyanın xatirə gecəsinə münasibət bildirərkən deyib.

 

Ekspertin qənaətincə, bu sayaq tədbirlərin qarşısı alınmasa, gələcəkdə xalqlar arasındakı gərginlik daha da artacaq:

 

“Tərəflərdən biri mülki əhaliyə qarşı kütləvi zorakılıqda əli olan şəxsin xatirəsinə ehtiram göstərirsə, bu vəziyyət qalan tərəflərin, yəni Azərbaycanın, Rusiyanın, yaxud başqa ölkələrin şübhələnməsinə səbəb olur. Ermənistan tərəfi öz addımları ilə kütləvi zorakılığı, terror hücumlarını tərənnüm edərək bu kimi əməllərin davam etdirilməsinə rəvac verir.

Bu da zorakılıq çəmbərini daha da genişləndirmək deməkdir ki, buna yol vermək olmaz”. /report/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...