Toy mərasimindən qayıdanları oğurlayıb qətlə yetirdilər
Əfqanıstanın Kabil əyalətində baş verən silahlı hücum nəticəsində ən azı beş nəfər həyatını itirib.
Bu barədə yerli “Tolo News” telekanalı hüququ mühafizəçilərə istinadla xəbər verib.
Məlumata görə, hadisə Paqman mahalında baş verib. Silahlı şəxslər toy mərasimindən qayıdan insanları qaçırıblar, sonra isə onları öldürüblər.
Bildirilir ki, ölənlər arasında mücahidlərin keçmiş komandiri olub, qurbanların qalan hissəsi isə onun qohumlarıdır.
Polis hadisədə radikal “Taliban” silahlılarını ittiham edir. “Taliban” hadisəyə hələ münasibət bildirməyib.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"