“Karyerası təhlükədədir”

16:38 14-06-2021 | icon 359 | İdman
“Karyerası təhlükədədir”

Meydanda özündən gedən futbolçunun keçmiş həkimi danışdı

 

Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen bir daha futbol oynamaya bilər.

 

Versus.Az xəbər verir ki, bunu İtaliyanın “İnter” klubunun futbolçusunun keçmiş kardioloqu Sancey Şarma deyib.

 

Şarma Finlandiya ilə matçda huşunu itirən ulduz futbolçunun səhhətində indiyə qədər heç bir problem yaşanmadığını söyləyib:

“Bu hadisədən sonra Eriksenin karyerası təhlükədədir. Yenidən oynayarsa, ciddi problemlə üzləşə bilər. Halbuki indiyə qədər onun səhhəti tam qaydasında olub. 2013-cü ildən testlərini müntəzəm götürürdük, ürəyində problem yox idi. 2019-cu ilə qədər testlərinin nəticəsi mükəmməl çıxırdı. Sonradan hansısa probleminin yaranıb-yaranmadığını bilmirəm”.

 

Qeyd edək ki, Kristian Eriksen Finlandiya ilə görüşün 42-ci dəqiqəsində yıxılaraq huşunu itirib. Ürək massajı yolu ilə özünə gətirilən idmançı hazırda Kopenhagendə xəstəxanadadır. O artıq özünü yaxşı hiss edir. Lakin onun AVRO-2020 boyunca meydana çıxması gözlənilmir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi