Bu gün Ümumdünya Qan Donoru Günüdür
Fuad Əsgərov: “Təhlükəsiz donor qanına ehtiyac günbəgün artır”
“Kifayət qədər təhlükəsiz qan ehtiyatının yaradılması hər bir ölkənin səhiyyə sahəsində milli siyasətin ayrılmaz hissəsi olmalıdır. Təhlükəsiz donor qanına ehtiyac günbəgün artır”.
Versus.Az xəbər verir ki, bu sözləri “Qan Donorları Assosiasiyası” ictimai birliyinin sədri Fuad Əsgərov bildirib.
Birliyin sədri bildirib ki, “Həyat bəxş et: qan donoru ol!” şüarı altında həyata keçirilən bu ilk kampaniyanın məqsədi könüllü qan donorlarına hörmət və ehtiramı nümayiş etdirmək, cəmiyyətdə donor qanına olan ehtiyac və zəruriyyəti vurğulamaq, həyatı xilas etmək, sağlamlığın səviyyəsini artırmaq üçün qan donorluğuna yeni insanları cəlb etməkdir.
F.Əsgərov qeyd edib ki, kifayət qədər təhlükəsiz qan ehtiyatının yaradılması hər bir ölkənin səhiyyə sahəsində milli siyasətin ayrılmaz hissəsi olmalıdır:
"Təhlükəsiz donor qanına ehtiyac günbəgün artır. Təcrübələr göstərir ki, ən təhlükəsiz olan məhz könüllü, təmənnasız donorların qanıdır. Təhlükəsiz qan, onun komponentləri və preparatları hər il minlərlə hamiləlik və doğuş zamanı ağırlaşması olan qadınları, körpələri, xəsarət alanları və digərlərini ölümdən xilas etməyə kömək edir. Azərbaycanda hemofiliya və talassemiya xəstələrinin müalicəsində qan komponentlərinin və preparatlarının istənilən vaxtda əlçatan olması olduqca vacibdir və donor qanına tələbatı artırır.
Çox sevindirci haldır ki, ölkəmizdə insanlar arasında könüllü qan donorluğu artıq bir mədəniyyətə çevrilib. Bir çox hallarda insanlar sərbəst şəkildə heç bir dəvət olmadan Mərkəzi Qan Bankına yaxınlaşır və ehtiyacı olan insanlarla öz qanlarını paylaşırlar. Təbii ki bu illərdən bəri çəkilən əziyyətlərin bəhrəsidir. Yaxın keçmiş ilə müqayisədə insanların qan donorluğuna yanaşması və münasibəti tamamilə dəyişib. Qan Donorları Assosiasiyasının illərdən bəri qazandığı beynəlxalq təcrübəsi ölkədə aparılan maarifləndirmə və təbliğat layihələrində öz əksini tapır və yaxın gələcəkdə daha geniş miqyaslı layihələrlə bu fəaliyyəmizi genişləndirəcəyik".
Qeyd edək ki, hər il dünyada 14 iyun – Ümumdünya Qan Donoru Günü kimi qeyd olunur. Bu günün keçirilməsi qərarı 2005-ci ilin mayında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Assambleyasında qəbul edilmiş könüllü qan donorluğunu dəstəkləyən bəyanatda verilib.
SEVDA
Versus.Az
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...