"Siyasilər keçmişlə bağlı ittihamlardan çəkinməlidirlər"

22:41 06-11-2018 | icon 452 | Siyasət
"Siyasilər keçmişlə bağlı ittihamlardan çəkinməlidirlər"

 

“AZADLIQ” Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzinin KXCP qərargahında növbəti yığıncağı keçirilib.

 
 
Versus.Az-ın məlumatına görə, yığıncaqda KXCP sədri Mirmahmud Mirəlioğlu, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, BAP sədri Elşad Musayev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev iştirak edib.
 
 
İclasa sədrlik edən Ə.Orucun verdiyi məlumata görə Əməkdaşlıq Mərkəzi şəhid ailələrinə birdəfəlik müavinətlərin verilməsi ilə bağlı məsələni müzakirə edib. Hakimiyyətin bu məsələdən sui-istifadə etdiyi, sənədləşmənin vaxtında, normal aparılmadığı, şəhid ailələrinə qarşı ayrıseçkiliyin, süründürməçiliyinin yolverilməz olduğu bildirilib.
 
 
Əməkdaşlıq Mərkəzi Azərbaycan Respublikasının üçrəngli bayrağının 9 noyabr 2018-ci ildə qəbul olunmasının 100 illiyi ilə bağlı Azərbaycan xalqını təbrik edib.
 
 
Müxalifətdaxili vəziyyəti müzakirə edən Əməkdaşlıq Mərkəzi milli-demokratik platformada olan bütün siyasiləri keçmişlə bağlı ittihamlardan çəkinməyə, bütün təşkilatları əməkdaşlığa, ölkəni indiki çətin durumdan çıxarmağa yönəlik birgə fəaliyyətlərə çağırıb.
 
 
Bundan başqa ölkədəki içtimai-siyasi vəziyyət, gündəmin digər aktual məsələləri müzakirə olunub.
 
 
LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı