"Bütün həmkarlarımızı təbrik edirəm, uğurlar arzulayıram"

23:40 06-11-2018 | icon 627 | KİV
"Bütün həmkarlarımızı təbrik edirəm, uğurlar arzulayıram"

 

“Azərbaycanda ilk radio və televiziya yayımının tarixi Sovetlər dönəminə təsadüf etsə də, teleradio məkanı əvvəllər Sovetlər sisteminin sərt nəzarəti altında olsa da, bizlər 6 noyabrı Milli teleradio sənayesinin yaranması günü kimi fərəhlə qeyd edirik. Təhlil edəndə aydınlaşır ki, bu təqvimin məhz Milli teleradionun yaranışı kimi qeyd edilməsinin ciddi əsasları var”.

 

Versus.Az SİA-ya istinadən xəbər verir ki, bunu açıqlamasında Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib. Onun sözlərinə görə, Azərbaycan radiosu və televiziyası təkcə Azərbaycan dilində verilişlər yaydığına, çalışanların, ştat vahidlərinin azərbaycanlılardan təşkil edilməsinə görə deyil, məzmununa görə də milli olub:

 

“Xalqımızın taleyüklü problemləri ortaya çıxanda, seçim anlarında televiziya və radiomuz xalqın yanında olub, milli təssübkeşlik göstərib. 20 Yanvar hadisələrində, Qarabağ savaşının başlanğıc mərhələlərində teleradio məkanımızın sərgilədiyi mövqe hər kəsin yadındadır. Milli kimliyimizin tanıdılmasında, mənəvi-mədəni dəyərlərimizin qorunub saxlanılmasında, inkişaf etdirilməsində milli teleradio sənayemizin müstəsna rolu olub.

 

Milli teleradio sənayemiz bu gün də öz missiyasını davam etdirir, milli dövlətçiliyimizin qorunub saxlanılmasında, inkişaf etdirilməsində, əhalinin düzgün, zəruri xəbərlərlə təmin olunmasında və maariflənməsində rolu əvəzsizdir. Medianın digər qolları kimi teleradio sənayesinin də dövlət qayğısıyla əhatə olunması, Prezident İlham Əliyevin xüsusi diqqətində olması, bu sahənin sürətli inişafını stimulaşdırır. Ölkəmizdəki söz azadlığı mühiti, müstəqil medianın inkişafı üçün yaradılan şərait, peşəkar kadrların mövcudluğu teleradio məkanı üçün sonsuz imkanlar açıb. İndi bu sahədə çalışan həmkarlarımız nəinki ölkə əhalisinin zəruri xəbərlərlə təmin edilməsində layiqli rol oynayırlar, eyni zamanda, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında böyük əmək sərf edirlər.

Mən milli teleradio məkanında öncələr çalışmış və indi çalışan bütün həmkarlarımızı təbrik edirəm, uğurlar arzulayıram”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı