Füzuli Beynəlxalq Hava Limanında ilk sınaq uçuşu bu tarixdə reallaşacaq

12:24 16-06-2021 | icon 932 | Gündəm
Füzuli Beynəlxalq Hava Limanında ilk sınaq uçuşu bu tarixdə reallaşacaq

“Füzuli Beynəlxalq Hava Limanında ilk sınaq uçuşunun sentyabrın 5-də keçirilməsi planlaşdırılır”.

 

Bu sözləri jurnalistlərə açıqlamasında AZAL-ın nümayəndəsi Valeh Əmiraslanov deyib. 

 

O bildirib ki, yanvar ayının 14-də başlayan işlər çərçivəsində geniş fizolajlı hava gəmilərinin qəbul olunması üçün uzunluğu 3 km, eni 60 m olan uçuş-enmə zolağının torpaq yatağının hazırlanması işləri tamamlanıb:

 

“Hazırda əsas layın asfalt beton örtüyünün salınması işləri davam etdirilir. Sahəsi 60 min kvadrat metr olan səkkiz hava gəmisini saxlaya biləcək peronun tikintisinin torpaq yatağı tamamlanmaq üzrədir. Terminal binasında dəmir beton konstruksiyaların quraşdırılma prosesi gedir. Italiya istehsalı olan dam örtükləri Artıq Azərbaycana gətirilib, Türkiyədən sifariş olunan fasad elementləri isə gətirilmək üzrədir”.

 

AZAL rəsmisinin sözlərinə görə, hava hərəkətinin təmin edilməsi üçün qüllənin tikintisinin dəmir beton konstruksiya işlərinin 1 həftə ərzində yekunlaşdırlması planlaşdırılır. 

“İstifadə olunan avadanlıqların hamısı Avropa istehsalıdır və testdən keçirilərək Bakıya gətirilib. Bu sahədə beton özüllərin quraşdılrması isə bu ayın sonuna planlaşdırılır. Uçuş-enmə zolağında tikinti işləri sentyabrın 5-nə kimi tamamlanacaq”, - deyə V.Əmiraslanov qeyd edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı