"Şuşa Bəyannaməsi heç də Rusiyaya qarşı atılmış addım deyil"

14:28 16-06-2021 | icon 322 | Siyasət
"Şuşa Bəyannaməsi heç də Rusiyaya qarşı atılmış addım deyil"

Razi Nurullayev: "Ermənistana bu məsələdə "salam" verən yoxdur"

 

"Şuşa bəyannaməsi tarixi bir sənəddir. Əminliklə demək olar ki, Azərbaycanın və Türkiyənin ərazi bütövlüyü artıq Türkiyə-Azərbaycan hərbi-siyasi əməkdaşlığının təkib hissəsidir".

 
 
Versus.Az xəbər verir ki, bunu Şuşada iki ölkə arasında imzalanan Şuşa Bəyannaməsi ilə bağlı şərhində Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev bildirib.
 
 
Deputat qeyd edib ki, bu günə kimi Ermənistan Kollektiv təhlükəsizlik müqaviləsi təşkilatı ilə bizi sınağa çəkmək, üzünə şillə dəyən kimi anasının yanına qaçan yaramaz uşaq təsiri bağışlayırdı:
 
 
"Doğrusunu deyim ki, bu, ölkəmiz üçün həm də bir psixoloji təsir mexanizmi idi. Bizim cəmiyyətdə haqlı olaraq belə bir fikir var idi ki, biz nəyə görə Türkiyə ilə belə bir hərbi saziş imzalamırıq? Hər şeyin zamanı var imiş və o yetişdi".
 
 
Razi Nurullayev vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında imzalanan Şuşa bəyannaməsi bütün narahatlıqlara son qoydu:
 
 
"Bu ittifaq həqiqətən də unikaldır. Maraqlı məqam ondan ibarətdir ki, bu, heç də Rusiyaya qarşı atılmış addım deyil. Türkiyə Prezidenti Rusiya Prezidentinin də tarixə qovuşmuş Dağlıq-Qarabağ münaqişəsinin sonlamasındakı rolunu yüksək qiymətləndirdi. Türkiyə, Rusiya və Azərbaycan arasında bir anlaşma var və bu, Cənubi Zəngəzur nəqliyyat dəhlizinin açılmasına təkan verir. Maraqlı məsələ budur ki, Ermənistana bu məsələdə "salam" verən yoxdur. Dəhlizin açılması adı çəkilən üç dövlətin preroqatividir və Ermənistana isə "özünü yaxşı aparsan" sən də xeyir götürəcəksən deyilir.
 
Bu bəyannaməni yüksək qiymətləndirirəm və bu əlamətdar hadisə münasibətilə xalqımızı təbrik edirəm!"
 
 
SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI