“Füzuli” yarımstansiyası istifadəyə verildi

14:37 16-06-2021 | icon 328 | Qarabağ
“Füzuli” yarımstansiyası istifadəyə verildi

“İşğaldan azad edilən Füzuli rayonunda yeni tikilən “Füzuli” yarımstansiyası istifadəyə verilib”. 

 

Versus.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında “Azərenerji" ASC-nin mətbuat xidmətinin rəhbəri Teymur Abdullayev deyib. 

 

O bildirib ki, işğaldan azad olunan bütün rayonlarda 110 kV-luq yarımstansiyalar inşa olunur. 

“Hazırda 110/35/10 kV-luq Füzuli yarımstansiyasındayıq. Bu yarımstansiya 3 ay ərzində inşa edilib. Yarımstansiya Füzuli rayonunu, rayondakı strateji obyekləri, hava limanı və digər böyük obyektləri, o cümlədən Füzuli-Şuşa yolunu, eləcə də əhali və qeyri-əhali abonentlərini elektrik enerjisi ilə təmin edəcək”.

 

O qeyd edib ki, 110/35/10 kV-luq Şükürbəyli yarımstansiyasının da açılışı olub: 

“Sistem əhəmiyyətli olan bu stansiya çox önəmlidir. Çünki Füzuli, Şuşa, Cəbrayıl, Qubadlı, Zəngilan yarımstansiyaları Şükürbəyli stansiyası vasitəsilə ilə qidalanacaq. Hazırda Qarabağda və ətraf ərazilərdə bu istiqamətdə işlər davam etdirilir”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol