Ərdoğandan dünayaya MESAJ

16:23 16-06-2021 | icon 277 | Siyasət
Ərdoğandan dünayaya MESAJ

"Qarabağın azad edilməsi Azərbaycanın 30 ilinin ən mühüm hadisəsidir".

 

Versus.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisdəki çıxışı zamanı deyib.



O bildirib ki, 30 illik qanayan yara sağalıb:

"Qafqazda olan sülh və əmin-amanlıqdan bütün bölgə ölkələri qazanacaqdır. Biz də sülhün təmin olunması üçün əlimizdən gələni etməyə hazırıq. Bu işdə maddi-mənəvi itirən Qarabağda yaşayan insanlardır. 30 ill azəri qardaşlarım öz evlərindən qaçqın halına gəldilər. Oralar işğal altında idi. 30 il sonra bu torpaqlar sahiblərinə qovuşdu. Böyük liderlik göstərərək bu zəfəri və barışı Azərbaycana qazandıran hörmətli qardaşım İlham Əliyevi bir daha təbrik edirəm. Liderlərin yanında Qarabağda zəfərə çatmaq üçün tək yumruq, tək ürək olan Azərbaycan xalqını təbrik edirəm. Gözlərini qırpmadan Qarabağın azadlığı üçün mübarizə aparan Azərbaycan Silahlı Qüvvələrini təbrik edirəm".



Türkiyə prezidenti bir daha şəhidlərə Allahdan rəhmət diləyib:

"Bu savaşda Türkiyə bütün qəlbiylə Azərbaycanın yanında yer alıb. Bütün dünya bilsin ki, inşallah sabah da yanında olacağıq. Biz gələcəkdə bir və bərabər olacağıq".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin