"Ərdoğan Baydenlə görüşüb, ordan da Şuşaya gəlirsə, deməli..."

18:22 16-06-2021 | icon 878 | Siyasət
"Ərdoğan Baydenlə görüşüb, ordan da Şuşaya gəlirsə, deməli..."

Hafiz Hacıyev: "Bu həm də NATO-nun Azərbaycanın yanında olması deməkdir"

 

“Azərbaycana qarşı gələcəkdə hər hansı bir təxribat olarsa, qardaş Türkiyə yanımızda olacaq. Bu isə bizim üçün çox böyük bir tarixi sənəddir, biz bunu alqışlamalıyıq”.

 
 
 
Versus.Az xəbər verir ki, bunu açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.
 
 
Partiya sədri bu səfər münasibətilə ölkə başçısını və xalqımızı təbrik edib:
 
“Hörmətli Rəcəb Tayyib Ərdoğanın Şuşa səfəri tarixi bir səfərdi. Düşünürəm ki, bu, Azərbaycanı gələcəkdə bütün təhlükələrdən qoruyacaq. Çünki bütün bunlar Şuşa bəyannaməsində də öz əksini tapıb. Ərdoğanın Şuşa səfəri Dağlıq Qarabağın bir daha Azərbaycanın əzəli torpaqları olmasını sübuta yetirdi".
 
 
H.Hacıyev qeyd edib ki, Ərdoğanın keçirilən görüşlərdə Dağlıq Qarabağ məsələsini qaldırması Azərbaycanı bu bəlalardan xilas etdi:
 
 
"Hesab edirəm ki, bundan sonra Cənab Prezidentin bu istiqamətdə atacağı addımlar tam qanuniləşdi, Türkiyə və Azərbaycanın bir dövlət olması öz əksini tapır. Azərbaycana qarşı gələcəkdə hər hansı bir təxribat olarsa, qardaş Türkiyə yanımızda olacaq. Bu isə bizim üçün çox böyük bir tarixi sənəddir, biz bunu alqışlamalıyıq".
 
 
MMP sədrinin fikrincə, bundan sonra Türkiyə-Azərbaycan addımlarının atılması da planlaşdırılmalıdır. Onun sözlərinə görə, Azərbaycan nə iş görəcəksə, Türkiyə ilə birgə görəcək:
 
 
"Bütün partiyalar kimi biz də Şuşa bəyannaməsi ilə bağlı bəyanat vermişik, bunu alqışlayırıq. Buna görə Cənab Prezidentimizi təbrik edirik, gözün aydın olsun deyirik. Bundan sonra artıq Azərbaycan bu istiqamətdə çəkinmədən güclü iş apara bilər. Dünya dövlətləri bir daha Azərbaycanın ərazi bütövlüyünü təsdiq etdi və bundan sonra da edəcək. Bu həm də NATO-nun Azərbaycanın yanında olması deməkdir. Çünki Türkiyə NATO-nun üzvüdür. Ərdoğan Baydenlə görüşüb və ordan da Şuşaya gəlirsə, bu o deməkdir ki, məsələ NATO ilə də razılaşdırılıb. Qarabağ bizim öz torpağımızdır və öz torpağımızdakı mücadilənin tam qanuni olduğunu bir daha sübut etdik. Buna görə Prezidentimizi alqışlayıram, xalqımızı isə təbrik edirəm”.
 
 
SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı