Gəncədə baxımsız qalan Xocalı abidəsi - AÇIQLAMA

10:29 17-06-2021 | icon 1082 | Şəhidlər və şahidlər
Gəncədə baxımsız qalan Xocalı abidəsi - AÇIQLAMA

Gəncədə Xocalı şəhidlərinin xatirəsinə qoyulan abidə baxımsız vəziyyətdədir.

 

Versus.Az xəbər verir ki, bu barədə Gəncənin Hacıkənd qəsəbəsində yaşayan sakinlər məlumat verib.

 

Sakinlər iddia edirlər ki, qəsəbədə Xocalı şəhidlərinə qoyulan abidə onların adına uyğun şəkildə saxlanılmır:

“Abidənin kənarları qopub. Abidə Xocalıda şəhid olan Kosalar kənd sakinlərinin xatirəsinə ucaldılıb. Lakin abidə və ətrafı baxımsızlıq vəziyyətdədir. Kənarları ot-alaqdan təmizlənsə daha yaxşı olardı”.

 

Hacıkənd icra nümayəndəsi bildirib ki, sözügedən abidə 90-cı illərdə qoyulub:

“Bu abidə 20 il əvvəl ucaldılıb. Baxımsız qaldığına dair iddialar əsassızdır. Ərazidə bitən alaq otları biçilir. Yan tərəfdə olan və kola bənzəyən yarpaqlar isə güldür.

Abidə köhnədir və bu səbəbdən aşağı hissədə qopan kiçik bir hissə də bərpa edilib. Gəncədə Xocalı sakinləri üçün yeni qəsəbə salınıb. Həmin ərəfədə sakinlərə təklif edildi ki, bu abidəni qəsəbəyə köçürək. Lakin sakinlər Xocalı şəhidlərinin xatirəsinə yeni abidənin ucaldılmasını istəyib və onların istəkləri də aidiyyəti üzrə nəzərə alınıb. Amma bütün hallarda bu abidəyə də lazımı diqqət ayrılır, nəzarətdə saxlanılır”. /oxu.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı