Əlillik təyinatının yeni meyarları

12:03 18-06-2021 | icon 508 | Cəmiyyət
Əlillik təyinatının yeni meyarları

Nazirlər Kabinetinin mövcud qərarının ləğvi gözlənilir

 

Azərbaycanda əlilliyin müəyyən olunması meyarlarına dəyişiklik edilməsi təklif edilir.

 

Bu barədə Oxu.Az Milli Məclisdən məlumat əldə edib.

 

Sənədə əsasən, əlilliyin müəyyən olunması zamanı aşağıdakı iki amil nəzərə alınacaq:

- Vətəndaşların tibbi-sosial ekspertizadan keçirilməsi zamanı əlilliyin müəyyən olunması üçün əsas götürülməklə, xəstəlik, zədə və çatışmazlıqlar və onların təzahür dərəcələri, eləcə də insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşması dərəcələri;

- Vətəndaşların tibbi-sosial ekspertizadan keçirilməsi zamanı əlilliyin təyinatı üçün əsasları müəyyənləşdirən insan orqanizmi funksiyalarının itirilməsi faizlərinin cədvəli.

 

Xəstəlik, zədə və çatışmazlıqları səbəbi ilə yaranan və bu meyarların əlavəsinə uyğun olaraq insan orqanizminin funksiyalarının aşağıdakı itirilmə faizləri təyin edilir:

- İnsan orqanizminin funksiyalarının 81-100 % itirilməsi ilə əlaqədar əlillik - xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında təyin edilir.

- İnsan orqanizminin funksiyalarının 61-80 % itirilməsi ilə əlaqədar əlillik - xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında təyin edilir.

- İnsan orqanizminin funksiyalarının 31-60 % itirilməsi ilə əlaqədar əlillik - xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin I dərəcə məhdudlaşması halında təyin edilir.

 

İnsan orqanizminin xəstəlik, zədə və çatışmazlıqlar səbəbi ilə yaranan bir neçə sabit pozuntusu olduğu halda, hər bir pozuntu ayrı-ayrılıqda kəmiyyət qiymətləndirmə sistemi vasitəsilə qiymətləndirilir və təzahür dərəcəsi müəyyənləşdirilir.

 

İlk növbədə, faiz ifadəsi ilə orqanizmin bu və ya digər funksiya pozuntusunun ən yüksək olanı, sonra isə mövcud digər bütün funksiya pozuntularının qeyd edilmiş pozuntuya təsiri müəyyənləşdirilir.

 

İnsan orqanizminin funksiyalarının itirilməsinin yekun göstəricisi, ən yüksək pozuntunun göstəricisindən 10 %-dən artıq olmamaqla təyin edilir.

 

18 yaşınadək uşaqlara insanın həyat fəaliyyətinin istənilən kateqoriyasının və istənilən məhdudlaşmasının (əmək fəaliyyəti ilə məşğul olmaq bacarığı istisna olmaqla) istənilən üç məhdudlaşma dərəcəsindən birinin mövcud olduğu və uşağın sosial müdafiəsi zərurətindən irəli gələn halda müəyyən edilir.

 

İnsan orqanizminin funksiyalarının 10-30 % itirilməsi hallarında əlillik təyinatı aparılmır. Yalnız, əlillik səbəbi peşə xəstəliyi və istehsalat zədəsi olduğu hallarda peşə əmək qabiliyyətinin itirilməsi faizi qiymətləndirilir.

 

Bir neçə əlillik səbəbi və insan orqanizminin funksiyalarının itirilməsi faizi müəyyənləşdirildiyi təqdirdə ən yüksək sosial təminat hüquqları yaradan əlillik səbəbi və insan orqanizminin funksiyalarının itirilməsi faizi təyin edilir.

 

Layihə Milli Məclisin iclaslarında müzakirəyə çıxarılacaq. Yeni meyarlar təsdiqlənsə, Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli müvafiq qərarı ləğv ediləcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...