Azərbaycan Gəncləri Birliyindən bu eksponata ETİRAZ

12:49 18-06-2021 | icon 559 | Cəmiyyət
Azərbaycan Gəncləri Birliyindən bu eksponata ETİRAZ

Sankt-Peterburqdakı azərbaycanlı gənclər Rusiyanın “Şərq Muzeyi”nin rəhbərliyinə kəskin etirazlarını bildiriblər.

 

Versus.Az xəbər verir ki, bu barədə Diasporla iş üzrə Dövlət Komitəsindən məlumat verilib.

 

“Sankt-Peterburq Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” ictimai təşkilatının nəzdindəki Azərbaycan Gəncləri Birliyi Rusiyanın “Şərq Muzeyi”də sərgilənən təxribatçı ekspozisiyaya kəskin etirazını bildirib.

 

Azərbaycan Gəncləri Birliyinin sədri E.Manafovun imzası ilə “Şərq Muzeyi”nin direktoru Aleksandr Sedova ünvanlanan məktubda deyilir:

“Çox təəssüf ki, rəhbərlik etdiyiniz nüfuzlu qurumdakı ekspozisiyaların arasında nümayiş olunan “Qafqazın Dekorativ və Tətbiqi Sənəti” guşəsində Azərbaycan torpaqları, yəni Dağlıq Qarabağ xəritədə ayrı bir dövlət olaraq təqdim olunub. Bu, beynəlxalq hüquq normalarına tamamilə ziddir. Dağlıq Qarabağ hər zaman Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olub. Bunu bütün dünya ölkələri, xüsusi ilə də Rusiya Federasiyası tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınması faktı sübut edir”.

 

Qeyd edilib ki, muzeyin ziyarətçilərinə təqdim olunan informasiya həqiqətə uyğun deyil:

“Bütün bunlar Rusiya və Azərbaycan xalqlarının mənafeyinə və Rusiya–Azərbaycan münasibətlərinin daha da möhkəmlənməsinə xələl gətirə bilər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında yaranmış şəxsi münasibətlər xalqlarımızın dostluğunun sarsılmazlığının təminatıdır”.

 

Gənc soydaşlarımız muzey rəhbərliyini məlumatları ciddi və etibarlı şəkildə araşdırmağa çağırıblar.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...