"Artıq Rusiya anlayır ki..."

23:01 18-06-2021 | icon 754 | Siyasət
"Artıq Rusiya anlayır ki..."

Ramiyə Məmmədova: "Bu zaman Qarabağda rus Sülhməramlılarına ehtiyac qalmayacaq"

 

İyunun 15-də ölkəmiz üçün çox önəmli olan tarixi bəyənnamənin şahidi olduq. İki tərəfdaş birlikdə Şuşada Şuşa bəyannaməsini imzaladı. Düşmənlərə göz dağı olan Azərbaycan və Türkiyə qardaşlığı bu bəyannamə ilə bir daha əlaqələrini daha da gücləndirdi. Azərbaycanla Türkiyə arasında belə bir müqavilənin imzalanması həsrətlə gözlənilən an idi. Şahidi olduğumuz və qurür duyduğumuz bu Bəyannamənin gələcəkdə bizə gətirəcəyi uğurlar ətrafında danışılır.


Politoloq Ramiyə Məmmədova Versus.az-a şərhində bildirib ki, Şuşa bəyannaməsi Qarabağın və Qarabağla yanaşı Azərbaycanın təhlükəsizliyinin zəmanətidir.

 

Politoloqun sözlərinə görə, necə ki, 1921-ci ildə imzalanan Qars müqaviləsi ilə Türkiyə Naxçıvanın təbhlükəsizliyini təmin etmişdirsə, eləcə də bu gün Şuşa bəyannaməsi ilə Qarabağın təhlükəsizliyi Türkiyə tərəfindən təmin olunacaq:

 

"Cənab Rəcəb Tayyib Ərdoğan çıxışında da bəyan etdi ki, "Qarabağın üzərindən bir quş belə uçarsa, buna biz cavabdehik". Şuşa bəyannaməsi Azərbaycan və Türkiyə arasındakı Hərbi Alyansdır. Bundan sora iki dövlətin hərbi qüvvələri birlikdə fəaliyyət göstərəcək. Bununla yanaşı əgər gələcəkdə Azərbaycan ərazisinə hər hansı bir dövlət müdaxilə etməyə cəht göstərərsə, Türkiyə qeyri şərtsiz buna müdaxilə edəcək və Türk ordusu Azərbaycan ordusu ilə birlikdə lazım olan tədbirləri görəcək. İki dövlətin ordusun birlikdə fəaliyyət göstərməsi, birlikdə təlimlərin keçirilməsi, bundan əlavə birlikdə İHA-ların istehsalına başlanması hərbi cəhətdən inkişafa səbəb olacaq. Bunu da vurğulamaq lazımdır ki, bu bəyannamə ilə yaxın gələcəkdə Türkiyənin Azərbaycanda mövcud olacaq Hərbi Bazalarının təməli qoyuldu. Artıq Azərbaycan Dünya Liderlerindən olan Türkiyə ilə birlikdə Qlobal Dünyaya addım atır".

 

R.Məmmədova hesab edir ki, Şuşa bəyannəməsi və Türk əsgərinin Qarabağda olması şimal qonşumuz olan Rusiyanın siyasi maraqlarına və hal hazırda Qarabağda olan Rus sülhməramlılarının qarşısında bir sıra məsələlərdə çəpər çəkir:


"Artıq Rusiya anlayır ki, Azərbaycanın siyasi məsələlərinə müdaxilə edə bilməyəcək. Bir müddət öncə Rusiya Minsk qrupu çərçivəsində ABŞ və Fransa ilə birlikdə masaya oturmaqdan danışırdı. Bu gün isə hər hansısa mövzu ilə bağlı masaya oturmaqdan söhbət getmir. Çünki həmin masada Türkiyənin olacağı məlum məsələdir. Türkiyənin masada olmasını isə əlbətdə ki, Rusiya, Fransa, ABŞ istəmirlər. Rus Sülhməramlılarına gəldikdə isə artıq Qarabağda Türk əsgərlərinin sayı artacaq. Monitorinq mərkəzindən əlavə Türk əsgərləri sahədə də olacaq. Artıq Rus Sülhməramlılarının bölgədəki fəaliyyətinə Türk əsgərləri nəzarət edəcək. Bunu da nəzərə alaq ki, Qarabağda Türk əsgərinin olması Qarabağda yaşayan erməniləri qorxudur. Belə düşünürəm ki, Türk əsgələri Qarabağda çoxaldıqca, Qarabağda yaşayan ermənilər bundan narahat olacaq və Ermənistana üz tutacaqlar. Ermənilər Qarabağda yaşamaq istəməyib buranı tərk etdikdən sonra isə artıq Qarabağda rus Sülhməramlılarına ehtiyac qalmayacaq".

 

Politoloq bu prosesdə İranın səssiz qalmasının səbəblərinə də toxunub:

"Burada belə bir məqam var ki Türkiyənin regionda möhkəmlənməsi təbii ki, İrana sərf eləmir. Çünki Türkiyə həm NATOya üzv dövlətdir, bununla yanaşı Türkiyə şiə yox, sünni dövlətdir. İran isə şiə dövlətidir. Türkiyə həm dini həm də güc baxımından İran üçün təhdiddir. Buna görə də Türkiyənin burada möhkəmlənməsi İranın maraqlarına ziddir. Amma hal hazırda İranın iqdisadiyatı heç də ürəkaçan vəziyyətdə deyil. İran dünyaya inteqrasiya edə bilmir. Nəzərə alsaq ki, Şuşa Bəyannaməsində 3+3 platforması var, bu platforma ilə regionda xeyli uğurlar əldə edilə bilər. 3+3 platforması İran üçün böyük şansdır. Əslində bu, İran üçün çox əhəmiyyətli bir təklifdir. İran bu təkliflə razılaşıb xeyli uğurlar əldə edə bilər. Cənub qonşumuz tərəfdaşlığa meyilli olarsa, layihədən həm iqtisadi, həm də siyasi cəhətdən xeyli yararlana bilər. İran iqtisadi cəhətdən dirçəlmək, regiondakı layihələrdən faydalanmaq üçün və siyasi cəhətdən qonşuları ilə yaxşı münasibət qurmaq üçün tərəfdaşlığa məcburdur".

 

Faniyə Yazımova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI