Qadın kişi bərabərliyi ilə bağlı cəmiyyətdə diskorsların təşkilinin vacibliyi

07:56 21-06-2021 | icon 432 | Cəmiyyət
Qadın kişi bərabərliyi ilə bağlı cəmiyyətdə diskorsların təşkilinin vacibliyi

Hər bir halda qadın-kişi bərabərsizliyi ailə mühitində ortaya çıxır

 

 

 

LEYLA MƏMMƏDOVA
/M.V.Lomonosov adına
Moskva Dövlət Unitersitetinin
tələbəsi/

 

 

Günümüzün ən vacib məsələlərindən biri qadın-kişi bərabərliyi probleminə yönəlmiş diskorsların təşkilidir. Bu diskorsların hazırda yerli, milli və hətta beynəlxalq səviyyələrdə çoxsaylı sosial məkanlarda daim inkişaf etdiyini görə bilərik və hər bir müasir düşüncəli fərd buna öz töhfəsini verməyə çalışmalıdır. Unutmamalıyıq ki, diskors öz fikrini qəbul etdirməyə yönəlmiş müzakirə forması deyil. O, ilk növbədə müzakirədə iştirak edən hər kəsin problemin həllinə töhfə vermək arzusudur.

 

Gender bərabərliyi sadəcə insan cəmiyyətinin xoşbəxtliyinə və rifahına can atan ayrı-ayrı insanların xeyirxah arzusu deyil, o, insan reallığının vacib cəhətidir.

 

Fiziki dünyada kişilər və qadınlar fərqlidirlər və bu onların fiziologiyası və bundan irəli gələrək dünyanı necə qavramaları ilə bağlıdır. Lakin İnsanın ruhani mahiyyəti onun ruhudur və ruhun cinsi, irqi, milləti və ya digər fiziki və sosial fərqləri yoxdur. Hər bir ruh İlahi keyfiyyətləri (sevmək, xeyirxahlıq və səxavətlilik) əks etdirmək qabiliyyətinə sahibdir və insanları birləşdirən də budur. Buradan belə çıxır ki, kişi və qadın bərabərliyi ruhani həqiqət şəklində mövcuddur, yəni Allahın təyin etdiyi budur və indi bu həqiqətin fiziki dünyada təzahür etməsinə ehtiyac var.

 

Dar kontekstdə bu problem, yəni qadın-kişi münasibətlərində bərabər hüquqların olmaması, məhz qadınların vəziyyətinə mənfi təsir edib. Nəticədə insan cəmiyyətində min illər ərzində davam etmiş qadınlara qarşı ayrı-seçkiliklər yaranmış və onlar cəmiyyətdə kişilərlə müqayisədə ikinci dərəcəli mövqe əldə etmişlər. Bu məsələdə kişilərin oynadığı mənfi rolu görməmək mümkün deyil. Əbdül-Bəha yazır:

 

“Öz üstünlüklәrini sübut etmәyә çalışan kişilәr ona da istinad edirlәr ki, qadınlar kişilәr kimi böyük xarüqәlәr yaratmayiblər. Zәif vә әsassız dәlildir, belә ki, tarixi fakt­lara ziddir. Әgәr həmin kişilәrin tarixdәn mәlumatı bir az çox olsaydı, onda bilәrdilәr ki, keçmiş zamanlarda mühüm işlәr görmüş qadınlar olmuş və onların fәaliyyәti bir çox cәhәtdәn böyük hadisәlәri hazırlamışdır, indiki dövrdә dә özlәrini ciddi işlәrә hәsr edәn çoxlu qadınlar vardır”.

 

Hər bir halda qadın-kişi bərabərsizliyi ailə mühitində ortaya çıxır. Keşmişdə də belə olub, indi də belədir. Məsələn, bəzi ailələrdə uşaqlardan hansının təhsilini davam etdirmək barədə seçim ortaya çıxanda, seçim oğlan övladlarına verilir, çünki mövcud təsəvvürlərə görə, gələcəkdə ailəsinin təminatçısı odur. Çoxları düşünür ki, qız övladının gələcək ailə həyatında əsas vəzifəsi evə və uşaqlara baxmaq olduğuna görə təhsilə ehtiyacı yoxdur.

 

Ədalətsiz və ədalətli, qəddar və ya xeyirxah, etibarsız və ya etibarlı olma meylləri evdə, ailədə inkişaf etməyə meyllidir. Sadalanan vərdişlər hər bir sosial mühitdə özünü göstərir. Məsələn, qardaşların bacılar üzrərində hakim olmasına icazə verildiyi təqdirdə, evin divarlarında əmələ gələn bu vərdiş sinif otağına, daha sonra iş yerinə və nəhayət beynəlxalq arenaya köçürüləcəkdir. Əksinə, qızlar ailələrdə qərar qəbuletmə proseslərinə qatıldıqda, oğullar ev işlərinə təşviq olunanda, hər iki cinsin xarakterləri ahəngdar inkişaf edir” (Ümumdünya Ədalət Evinin müraciətindən, 2017).

 

Beləliklə, qadın-kişi münasibətlərində əsrlər boyu mövcud olmuş bərabərsizlik vəziyyəti, təkcə kişilərin qadınlar üzərində üstünlüyünün nəticəsi deyil, sadəcə qadınlara potensiallarını həyata keçirmək üçün eyni fürsətlərin verilməmisi ilə bağlıdır. Qlobal səviyyədə müşahidə olunan bərabərsizlik, cinsiyyətindən asılı olmayaraq hamının əziyyət çəkdiyi problemdir.

 

Qadınların kifayət qədər irəliləməməsi və aşağı peşəkarlığı bərabər təhsil və bərabər imkanların olmaması ilə əlaqədardır. Əgər belə bir bərabərlik olsaydı, şübhəsiz ki, qadınlar istedad və bacarıqlarına görə tamamilə kişilərə bərabər olardılar. İnsanlığın xoşbəxtliyi yalnız qadınlar və kişilər birlikdə hərəkət etməyə və bərabər şəkildə inkişaf etməyə başladıqda əldə ediləcəkdir, çünki hər biri digərinin tamamlayıcısı və köməkçisidir” (The Promulgation of Universal Peace, 1982 U. S. edition, p. 182.)

 

Ana uşağın dünyagörüşünün əsasını qoyan ilk müəllimi, həyat yolunda ilk bələdçisidir. Əgər ananın dünyagörüşü və davranışı qüsurludursa, uşaqda da qaçılmaz olaraq çatışmazlıqlar formalaşacaq, bu səbəbdən qadınların qüsurluluğu bütün bəşəriyyətin qeyri-kamilliyinə gətirib çıxaracaq. Əbdül-Bəha buyurur:

 

Əgər tərbiyəçi bacarıqsızdırsa, bu səbəbdən tərbiyə alan qüsurlu olacaq. Müəllim savadsız cahildirsə, şagird dərin biliyi ilə parlaya bilərmi? Analar - insanlığın ilk tərbiyəçiləridir; əgər onlar mükəmməllikdən uzaqdırlarsa, bizə yalnız insan nəslinin gələcəyinə təəssüflənmək qalır.

 

Qadınların hüquqlarının məhdudlaşdırılmasının başqa bir fəsadı onlarda bəzən anormal etiraz formalarının doğurmasıdır; bu zaman mövcud vəziyyətlə barişmayan qadın, ətrafdakı kişiləri sıxışdırmağa başlayır; ailəsi varsa qızına həddindən artıq diqqət və qayğı göstərir, oğlunun tərbiyəsinə diqqət yetirmir, ya da onu ailədə ikinci dərəcəli statusda saxlayır. Bu, küskünlük və təcavüzlə dolmuş femizmin ifrat formasıdır ki, onun ilk böyük zərbəsi insan cəmiyyətinin hüceyrəsi olan ailə institutuna dəyir. İkinci böyük zərbə oğlan uşaqlarının və kişilərin ailədə və cəmiyyətdə möqeyinə dəymiş olur. Əbdül-Bəha yazır:

 

 “Bәşәriyyәt iki qanadı olan quşa bәnzәyir: qanadlar­dan biri – kişi, digәri – qadındır. Hәr iki qanad güclü olmasa vә eyni bir qüvvә ilә hәrәkәtә gәtirilmәsә quş sәmaya uça bilmәyәcәkdir. Zamanın ruhuna uyğun olaraq qadınlar kamillәşmәli, hәyatın bütün sahәlәrindә özlәrini göstәrmәli, kişilәrlә bәrabәrlәşmәli, onların sәviyyәsinә yüksәlmәli vә onlarla eyni hüquqlardan istifadә etmәlidirlәr”.

 

Qadın-kişi bərabərliyinin bərqərar olması təkcə qadınların qurtuluşu üçün deyil, həm də dünyada Sülhün irəlilədilməsi və insan Sivilizasiyasının kamilləşdirilməsindən ötrüdür. Əbdül-Bəha yazır:

 

Keçmişdə dünya qüvvə vasitəsilə idarə olunurdu və kişi özünün güclü və təcavüzkar, həm fiziki, həm də əqli keyfiyyətləri hesabına qadın üzərində üstünlüyə malik idi. Lakin bu müvazinət artıq pozulmaqdadır: qüvvə öz üstünlüyünü itirdiyi halda, qadında üstün olan əqlin çevikliyi, intuisiya, məhəbbət və xidmət kimi ruhani keyfiyyətlər daha çox əhəmiyyət kəsb etməyə başlamışdır. Ona görə də yeni era az dərəcə kişi erası olub, qadın ideyaları ilə daha çox doydurulmuş olacaqdır; dəqiq desək, bu sivilizasiyanın kişi və qadın əsaslarının müvazinətdə olduğu dövr olacaqdır”.

Beynəlxalq səviyyədə qadın-kişi bərabərliyi ilə bağlı diskorsların həyata keçirildiyi ən nüfuzlu məkanlardan biri Dünya Qadınlarnın Beynəlxaq Konfrasıdır. Dördüncü Dünya Qadınlar Konfransının (Pekin, 1995) Bəyannaməsinin 13-cü bəndində deyilir:

 

Qərar qəbuletmədə və hakimiyyətdə iştirakları da daxil olmaqla, qadınların imkanlarının genişləndirilməsi və cəmiyyətin bütün sahələrində bərabərlik əsasında tam iştirakı etmələri bərabərlik, inkişaf və sülh hədəflərinə çatmaq üçün əsasdır”.

 

Həmin Bəyənnamənin 18-ci bəndində həmçinin deyilir:

Yerli, regional və qlobal səviyyələrdə sülhün əldə edilməsi, idarəetmədə, münaqişələrin həllində və bütün səviyyələrdə davamlı sülhün təşviqində əhəmiyyətli qüvvə olan qadınların inkişafına ayrılmaz şəkildə bağlıdır”.

 

Hazırda Pekin Konfransından 25 il ötür və BMT-nin müvafiq qurumları yerli və  milli səviyyələrdə həm hökumətlər, həm və vətəndaş cəmiyyətinin müxtəlif qurumları ilə qadın-kişi bərabərliyini irəlilətməkdən ötrü fəal işlər görür. Pekin Konfransının İştirakçısı, tədqiqatçı-analitik, Dr. Lee Loh Ludher, yazır:

 

Beləliklə, 1995-ci il Pekin Konfransı bir çox qadınlar və qadın hüquqları üzərində işləyən bir çox təşkilatlar üçün başlanğıc nöqtəsi oldu, qadın hüquqlarının Qərb feminist ideyası olmadığını,  dünyanın hər mədəniyyətinə xas olduğunu başa düşməyə kömək etdi”.

 

Anladığımız kimi, qadın hüquqlarının irəlilədilməsi təkcə qadınların deyil, kişilərin bir vəzifəsidir. Kişilər qadınlara kömək etməlidir, çünki cəmiyyətimizin rifahı və inkişafı bundan asılıdır.

 

Kiçik yaşdan etibarən oğlanlar gender bərabərliyi prinsipini mənimsəməli və qadın-kişi bərabərliyinin tərəfdarı olmalıdır. Lakin bu o demək deyil ki,  uşağın belə bir tərbiyəsi yalnız ailədən asılıdır, oğlan, gender bərabərliyinin dəstəklənməyəcəyi bir cəmiyyətə girir. Buna görə bütün cəmiyyət hər bir uşağın yetişdirilməsinə töhfə verməlidir, və bu o deməkdir ki, bu uşağın qarşılaşdığı hər bir insan, daxil olduğu hər bir ictimai qurum bu idealı təbliğ etməlidir. Bu da öz növbəsində bütün nəsillər səviyyəsində dəyişikliyə təsir edəcəkdir” (Carl Murrell, Representative of the Bahais of the United States to the United Nations).

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...