"İslamsız Avropa yoxdur"
İslam dini Avropa ilə sıx bağlıdır.
Versus.az xəbər verir ki, bu sözləri Portuqaliyanın Avropa Birliyi üzrə sabiq naziri Bruno Macaes deyib.
“İslam Avropaya yad din deyil. İslam bizim bir parçamızdır. Avropa fərqliliyi və canlılığı təmin edə bilər. Buna ehtiyacımız var”, - deyə Macaes bildirib.
O, Fransa Prezidenti Emmanuel Makronun bir müddət əvvəl islamla bağlı dediyi sözlərə də münasibət bildirib:
“Dinlərin böhranda olub-olmadığına qərar vermək siyasətçilərin işi deyil. Bu, hər dinin taleyi ilə əlaqədardır”.
Qeyd edək ki, Makron bir neçə ay əvvəl islam dininin böhranda olduğunu açıqlamışdı.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"