“İran-Azərbaycan sərhədində müsbət dəyişiklik baş verəcək”

16:58 21-06-2021 | icon 348 | Geopolitika
“İran-Azərbaycan sərhədində müsbət dəyişiklik baş verəcək”

Azərbaycan və İran rəhbərliyi ikitərəfli münasibətlərin inkişafı istiqamətində önəmli qərarlar verib.

 

Versus.az yerli mediaya istinadla xəbər verir ki, bu barədə bu gün İran Prezidenti Həsən Ruhani Azad İqtisadi Zona Təşkilatının layihələrinin açılış mərasimində bildirib.

 

Onun sözlərinə görə, iki ölkənin sərhəd bölgələrində xeyli müsbət dəyişikliklər müşahidə olunacaq.

 

İran Prezidenti vurğulayıb ki, iki ölkə arasında münasibətlərin inkişafı ilə bağlı verilən qərarların icrası sanksiyalar səbəbindən müəyyən qədər ləngimələrlə üzləşib: “Əminəm ki, İran əleyhinə tətbiq olunan sanksiyaların tezliklə ləğv edilməsi ilə İranın Azərbaycanla münasibətləri daha da inkişaf edəcək”.

H. Ruhani qeyd edib ki, sanksiyaların ləğvi ilə xarici investorların ölkəyə axını baş tutacaq.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür