Türkiyə Prezidenti: “Azərbaycana hər cür dəstəyi davam etdirəcəyik”

22:32 21-06-2021 | icon 337 | Geopolitika
Türkiyə Prezidenti: “Azərbaycana hər cür dəstəyi davam etdirəcəyik”

“Şuşanın azadlığa qovuşması Azərbaycan torpaqları üçün sadəcə torpağını geri əldə etmək demək deyil. Bu gözəl şəhəri işğaldan qurtarmaqla bütün Qarabağ və Azərbaycan torpaqları ən qısa zamanda bərpa edilərək, əsil kimliyinə qovuşacağına inanıram. Türkiyə olaraq biz hər cür dəstəyi davam etdirəcəyik”.

 

Versus.az APA-nın yerli bürosunun xəbərinə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin növbəti iclasından sonrakı açıqlamasında iyunun 15-16-da Azərbayacana səfəri haqqında danışarkən deyib.

 

R.T.Ərdoğan bildirib ki, Qarabağın Füzuli, Cəbrayıl, Qubadlı, Laçın, Kəlbəcər, Ağdam, Zəngilan, Xocavənd rayonları da eyni şəkildə sürətlə bərpa ediləcək.

 

Ərdoğan əlavə edib ki, Qarabağ zəfərinin Azərbaycan və bölgə üçün nə anlama gəldiyini önümüzdəki illərdə daha yaxşı şəkildə anlaşılacaq.

 

İyununun 16-da Azərbaycan Parlamentində çıxış etdiyini xatırladan Ərdoğan deyib ki, bu bölgə dünyanın öz siyasi və ekonomik iddialarının istifadə vasitəsi halına gətirənlərin qırıldığı yer olacaq.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI