Sudanda onkoloji fəlakət
Xərçəngdən əziyyət çəkən onlarla sudanlı uşaq müalicələri üçün zəruri kimyaterapiya çatışmazlığı üçün etiraz ediblər.
Sudanın “Al Intibaha” xəbər portalı məlumat verib ki, onlar paytaxt Xartumda Səhiyyə Nazirliyinin qarşısında oturaraq həyati problemlərini diqqətə çatdırmaq istəyiblər.
“Xərçəng xəstələrinin kimyaterapiyası üçün komponentlərin heç olmaması səbəbindən minlərlə xəstəni fəlakət gözləyir”, - deyə ölkənin Milli Onkologiya İnstitutu və Xərçəng Diaqnostikası və Müalicə Mərkəzinin direktoru Nada Otman Sudandakı xərçəng xəstələri ilə bağlı mövcud vəziyyəti şərh edərkən deyib.
Sudan səlahiyyətlilərinin rəsmi məlumatlarına görə, ölkədə xərçəng xəstələrinin müalicəsi ilə məşğul olan iki mərkəz həftədə 500-600 uşağı qəbul edir.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"