Bakıda yeni Nəbatat bağı salınacaq
Bakının Baş Planında ictimai nəqliyyatın genişləndirilməsi, tramvay və velosiped zolaqların salınması məsələsi də yer alır.
Versus.Az xəbər verir ki, bu barədə Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin sektor müdiri Aytac Əkbərli Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində yayımlanan “Ekspert saatı”nda çıxışı zamanı deyib.
O bildirib ki, əhalinin sayı artıqca alternativ nəqliyyat vasitələrinə də ehtiyac artır:
“Məqsəd insanlar üçün ictimai nəqliyyatın əlçatan olmasına çalışmaqdır. Bakıda hiprid yaşıl dəhlizlərin salınması nəzərdə tutulur ki, bu da yaşıllıqların artırılmasına xidmət edəcək. Göllərin regenerasiyası məsələsi çərçivəsində Xocasən gölü ətrafında yeni Nəbatat bağının salınması nəzərdə tutulur. Milli parklarımızın ərazisinin genişləndirilməsi planlaşdırılır”.
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...