Miqrant uşaqlar ŞİKAYƏTLƏNİBLƏR

07:41 23-06-2021 | icon 254 | Dünya
Miqrant uşaqlar ŞİKAYƏTLƏNİBLƏR

ABŞ-da təcili sığınacaqlara göndərilən miqrant uşaqlar saxlanılma şəraitindən şikayətlənərək məhkəməyə müraciət ediblər. Problemlər əsasən xarab yeməklər, təmiz paltar çatışmazlığı və depressiyaya qarşı mübarizə ilə bağlıdır.

 

Bu barədə “Reuters” xəbər yayıb.

İddialarda ABŞ prezidenti Co Bayden administrasiyası tərəfindən miqrant uşaq sayının kəskin artması ilə mübarizə aparmaq üçün tikilən təcili sığınacaq şəbəkəsində şərtlər ətraflı izah olunub.

 

Qvatemala, Honduras və El-Salvadordan olan 9-17 yaş arası uşaqlar ABŞ hökuməti tərəfindən nəzarət edilən təcili sığınacaqlarda aylardır gözləmək məcburiyyətində qaldıqlarını iddia ediblər.

 

Eyni zamanda, yaşayış şərtlərindən, xüsusən yatmağa mane olan parlaq işıq, səs-küy, yerli yeməklər, onların qoxusu və ailə üzvləri ilə əlaqə yaratmaq imkanının olmamasından  narazılıqlarını bildiriblər.

 

Son illərdə uşaqlar sərhəd keşik məntəqələrinlən təcili sığınacaqlara daha sürətli köçürürlər. Hazırda valideyninin müşayiəti olmayan 14 000-dən çox uşaq ABŞ Səhiyyə və İnsan Xidmətləri Nazirliyinin nəzarətindədir.

 

Qeyd edək ki, ABŞ qaçqın qəbulu limitini artırıb. Cari maliyyə ilində ölkə 62,5 min miqrant qəbul edəcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı