Bəstəkarın 100 illiyinə həsr edilən qala konserti

10:57 08-11-2018 | icon 416 | Mədəniyyət
Bəstəkarın 100 illiyinə həsr edilən qala konserti

 

Heydər Əliyev Sarayında görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin anadan olmasının 100 illiyinə həsr edilən birinci “Estrada mahnısı” müsabiqəsinin qaliblərinin qala konserti keçirilib.

 

Versus.Az xəbər verir ki, görkəmli bəstəkarın doğum günündə - noyabrın 7-də reallaşan konsertdə əvvəlcə Tofiq Quliyev haqqında videoçarx nümayiş edilib.

 

Musiqili gecədə bəstəkarın dillər əzbəri olan “Sevgi valsı”, “Azərbaycan”, “Qalx ayağa, Vətənim”, “Nazlı”, “Sözlər yanar”, “Bakı - qədim şəhərim”, “Çırpınırdın, Qara dəniz”, “Sarı gül”, “Sevgi nəğməsi”, “Şənlik nəğməsi” və digər mahnılar səsləndirilib.

Gənc və tanınmış ifaçıların səsləndirdiyi mahnılar tamaşaçıların zövqünü oxşayıb.

 

Xatırladaq ki, ötən il dekabrın 8-də elan edilmiş “Estrada mahnısı” müsabiqəsi Azərbaycan Bəstəkarlar İttifaqının təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyi və “Mədəniyyət” kanalının dəstəyi ilə keçirilib. Müsabiqənin məqsədi unudulmaz bəstəkar Tofiq Quliyevin yüksək peşəkarlıqla yaratdığı musiqi incilərini örnək götürərək estrada janrında melodik zənginliyi, musiqi və mətn vəhdəti, forma mükəmməlliyi, mövzu seçimi, mənəvi-estetik səviyyəsi ilə ədəbi-bədii meyarlara cavab verən yeni mahnıları aşkar etmək olub.

 

Müsabiqəyə ümumilikdə 57 peşəkar və həvəskar bəstəkar tərəfindən 87 mahnı təqdim edilib. Əsərlər Xalq artistləri Firəngiz Əlizadə, Rauf Babayev, Əməkdar artistlər Gövhər Həsənzadə və Vüqar Camalzadədən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib.

 

Müsabiqədə I, II və III yerlərə müvafiq olaraq Rəna Qədimova, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov və İlahə İsrafilova layiq görülüb. Bəstəkarlar İttifaqının üzvləri Zabitə Məmmədovaya, Yalçın Məlikova və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin II kurs tələbəsi Lalə Əhmədovaya isə həvəsləndirici mükafatlar təqdim edilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin