Ermənistan seçkidən sonra Qarabağ mövzusunda hansı mövqeni tutacaq?

09:39 23-06-2021 | icon 1053 | Geopolitika
Ermənistan seçkidən sonra Qarabağ mövzusunda hansı mövqeni tutacaq?

“Paşinyan üçün prioritet Qərb ölkələridir”

 

44 günlük müharibədə məğlub olan Paşinyan hökuməti Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində qalib oldu. Məğlub hökumətin seçkilərdə yenidən qalib gəlməsi dünya praktikasında az rastlanan hal kimi birmənalı qarşılanmır. Növbədənkənar parlament seçkilərində xalq Paşinyan hökumətinə etimad göstərdi. Namizədlər arasında əsas namizəd sayılan Robert Köçəryan isə bununla barışmayacağını deyir.

 

Nikol Paşinyanın seçilməsi nədən xəbər verir. Bundan sonra Ermənistan Qarabağ mövzusunda hansı mövqeni tutacaq, sərhədlərin müəyyənləşməsi prosesində hansı mövqeni sərgiləyəcək. Bu seçkinin nəticələrindən nə gözləmliyik.

 

Versus.Az mövzuyla bağlı politoloqların fikirlərini təqdim edir:

 

 

 

 

“Azərbaycan və Türkiyə ilə münasibətlərində pozitiv meyillər əmələ gələcək”

 

Politoloq Qabil Hüseynli bildirib ki, seçkilər Ermənistanın bu cür rəzil vəziyyətə gəlib çıxmasında “Qarabağ klanının”, onun başında dayanan Robert Köçəryan, Serj Sarkisyan dayandığını göstərdi:

 

“Seçkidə Köçəryanın başına 4 seçki bloku toplaşmışdı. Təkbaşına seçki kampaniyası aparan Paşinyan isə səslərin əksəriyyətini qazandı. Heç kəs bu seçkilərin nəticələrini dəbbəliyə bilməz, nəticələri qəbul etməlidirlər. Əli Azərbaycan xalqının, erməni xalqının qanına bulaşmış Röbert Köçəryan qəbul etməyəcək? Köçəryan, Sarkisyan yəqin ki, bir neçə aydan sonra yenidən həbsxanaya qayıdacaqlar. Onlar ölkəni dağıdıb, talayıb, üstəik regionu müharibə alovuna bürüyüblər. Erməni xalqı hər halda ayıq çıxdı və səslərini bir qədər islahatlara açıq olan Paşinyana verdilər”.

 

Politoloq Ermənistanda keçirilən seçkilərə “rus barmağı”nın girməsini, müxtəlif karusellərin olmasını, pulla səslərin alınmasını, səslərin saxatalaşdırıldığını da istisna etməyib:

 

“Bütün bunlara baxmayaraq status-kvo qorunub saxlanıldı. Bu o deməkdir ki, bölgədə əminəmanlıq olacaq, ölkədə imzalanmış sazişin müddüəları həyata keçiriləcək, sərhədlərin müəyyənləşməsi demorkasiyası, delimitasiyası da danışıqlar yolu ilə həllini tapacaq. Nəhayət bölgədəki Mehri dəmir yol xətti baş tutacaq. Digər quru yolları və dəmir yolları xətlərinin işlənməsinə başlanacaq. Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərində pozitiv meyillər əmələ gələcək və bu münasibət yaxın qonşuluq münasibətlərinə qədər inkişaf edə biləcək. Bir sözlə haqq-ədalət qələbə çaldı və mən güman edirəm ki, bölgədə sakitlik, sabitlik, davamlı inkişaf, yeni iqtisadi layihələrin işlənib həyata keçirilməsi və bu kimi mütərəqqi nəticələrdən danışmaq olar. Hansısa “mən Şuşanı geri qaytaracam”, “mən filan yeri geriyə qaytaracam” kimi sərsəm, revanşist iddialardan deyil, yaxın qonşuluq münasibətlərindən söz açmaq mümkün olacaq”.

 

Bu prosesdə Rusiyanın hansı mövqedə dayanmasına və nə dərəcədə sabitliyin yaranmasına imkan verəcəyinə gəlincə,  politoloq bildirib ki, Rusiya canını qoysa da, seçkilərdə Köçəryanı keçirə bilmədi. Rusiyanın gücü bu imiş:

 

“Bölgədə Türkiyə var və onun kifayət qədər möhtəşəm gücü var. İmkan vermiyəcək, cavabını alacaq. Rusiya bu prosesə qarşı çıxa bilməz, çünki burda onun da maraqlarına uyğun məqamlar var. Ona görə də Rusiya ortamı qızışdırmaq həvəsində olmayacaq. Qızışdıracaqsa, payını alacaq”.

 

 

 

 

 

 

“Paşinyanın seçilməsi Azərbaycan üçün məqbul variantdır”

 

Politoloq Natiq Miri bildirib ki, Paşinyanın xalqın etimadını qazanması müəyyən mənada təəccüb yaratsa da, seçiləcəyi əvvəlcədən proqnozlaşdırılırdı:

 

“Bunun əsas səbəbi Qarabağ klanının, başda Robert Köçəryan və Serj Sarkisyan olmaqla 10 illər boyu Ermənistan xalqına tutduğu divanla əlaqəlidir. Çünki məhz həmin Qarabağ klanının rəhbərlik etdiyi dönəmlərdə Ermənistanda korrupsiya çox sürətlə çiçəkləndi, ordu korrupsiyaya uğramaqla bərabər  konkret siyasi düşərgələrin maraqlarını ifadə eliyən bir quruma çevrildi və birmənalı olaraq Rusiyanın nəzarətinə verildi. Xalq “Qarabağ klanı”nın hakimiyyətəgəlmə təhlükəsini hiss etdiyi üçün məğlub Paşınyana bu etimadı göstərdi. Tarixdə baş verən çox az siyasi hadisələrdəndir ki, məğlub bir hökumət başçısı bir neçə ay sonra keçirilən seçkilərdə qalib gəlir, özü də heç bir koalisiya qurmadan. Bu da sözün əsl mənasında Ermənistanda bir ilk oldu. Bu o deməkdir ki, Rusiya regionda iki zərbə aldı.  Birincisi, Rusiya Qarabağdakı hədsiz davranışları, manipulyasiyaları ilə Azərbaycanı itirdi. Nəticə etibarilə Azərbaycan-Türkiyə arasında müttəfiqlik sazişi kontekstində Şuşa Bəyannaməsi imzalandı. Şuşa Bəyannaməsi beynəlxalq müqavilədir və  bu, 2010-cu ildə başlanmış sazişdən daha üstündür. Əvvəlki saziş strateji tərəfdşlığı özündə ehtiva edirdisə, artıq bu, müttəfiqlik münasibətlərini ortaya qoydu  və bu da gələcək perspektivdə bir yol xəritəsini müəyyən edir. Yəni gələcəkdə Türkiyə ordusunun Azərbaycanda varlığının önü açıldı və bölgə öz təhlükəsizlik sistemini birmənalı olaraq  Türkiyənin təhlükəsizlik sisteminə bağladı. Rusiya bu seçkidə Köçəryanı dəstəkləməklə Paşinyan hakimiyyətinin Rusiyaya olan rəğbətini itirdi. Geosiyasi anlamda Rusiya Cənubi Qafqazda iki zərbə aldı. Bu da onu göstərir ki, Rusiya artıq geosiyasi perspektivləri o qədər də operativ saxlaya bilmir”.

 

Politoloq hesab edir ki, Paşinyanın seçilməsi ilə regionda olan gərginliklər tədricən səngiyə bilər:

 

“Bu, danışıqlar müstəvisində davam edəcək. Proseslər ikitərəfli qaydada tənzimlənmiş olsa, tədricən Rusiyanın prosesdən kənarlaşmasına aparacaq. Belə olarsa, Rusiyanın manevr imkanları tükənə bilər. Çünki ortada konkret xəritələr, beynəlxalq praktika var. O praktika və danışıqlarla sərhədlərin müəyyənləşməsini təmin etmək olar. Bəzən 10 illərlə sərhədlərin müəyyənləşməsi prosesi uzana bilir. Ancaq əgər ortada vəziyyəti gərginləşdirmək və geosiyasi təxribatlarla hansısa güc mərkəzlərinə xidmət etmək niyyətləri yoxdursa, danışıqları aparmaq daha asanlaşır. Düşünürəm ki, Nikol Paşinyan hökuməti formalaşdırandan sonra artıq proses dialoq səviyyəsində inkişaf edəcək. Paşinyan vəd verib ki, xalqı iqtisadi böhrandan çıxaracaq. Böhrandan çıxarılma isə bütün kommunikasiyaların açılması, region dövlətləri ilə əməkdaşlıqdan keçir. Bu faktın özü də göstərir ki, artıq bundan sonra Naxçıvanı ana Azərbaycanla birləşdirəcək avtomobil nəqliyyat yolunun, sonra isə dəmir yolunun çəkilməsi prosesi sürətlənəcək. Sonra Naxçıvandan keçməklə Ermənistanı İrana birləşdirəcək dəmir yolu və digər kommunikasiyaların açılması prosesinə rəvac veriləcək. Bu məsələ təkcə Ermənistanın istəyi deyil, həm də Rusiyanın marağındadır. Bu, Rusiyanın Yaxın Şərqə çxaması üçün dəhlizin açılması anlamına gəlir. Ona görə də dialoq, danışıqlar davam etdikcə gələcək perspektivdə əməkdaşlıq, hətta diplomatik münasibətlərin qurulması da mümkün olacaq. Yalnız bundan sonra iki dövlət arasında sülh sazişinin dağılmasından söz gedə bilər. Ona görə də bu prosesdə ən optimal namizəd kimi Paşinyanın seçilməsini Azərbaycan üçün məqbul variant kimi qəbul etmək lazımdır”.

 

 

 

 

“Ermənistan Paşinyanın simasında Qarabağ iddiasından da əl çəkə bilər”

 

Politoloq Samir Hümbətov bildirib ki, Ermənistanda seçkilərin nəticələri əvvəldən proqnozlaşdırıldığı kimi oldu. Çünki erməni cəmiyyəti başa düşür ki, R.Köçəryanın hakimiyyətə gəlməsi yeni müharibə təhlükəsinin yaranması deməkdir:

 

“Köçəryan hakimiyyətə gələrdisə, regionda baş verən bəzi proseslər yarımçıq qala bilərdi. O cümlədən “Zəngəzur dəhlizi”nin açılmasının təxirə salınması, digər minalanmış ərazilərin xəritələrinin verilməsinin gündəmdən çıxarılması, Ermənistan ordusunun yenidən silahlanması məsələsi və Köçəryanın digər revanşist çıxışları bunu deməyə əsas yaradır. Paşinyanın yenidən hakimiyyətə qayıtması onu göstərdi ki, o, Rusiya ilə yola getmir. Paşinyanın Rusiya ilə “oyun oynaması” Rusiyanın başını qatmağa hesablanmışdı. Bundan sonra regionda geosiyasi və geostrateji vəziyyət dəyişəcək. Artıq regionda Rusiyanın dominant mövqeyi aradan qalxacaq.  Paşinyan bunu Fransaya və Belçikaya səfərlərində açıq şəkildə göstərdi. Bu o deməkdir ki, Paşinyan üçün prioritet Qərb ölkələridir. Paşinyan həm “Zəngəzur dəhlizi”nin açılmasında, həm də xəritələrin verilməsində müəyyən bir razılığa gələcək.  Müəyyən bir vaxtdan sonra Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanması da baş tuta bilər ki, bu da regionda yeni bir reallıq yaradacaq. Bu isə Rusiyanın Qarabağdan çıxamasını gerçəkləşdirəcək”.

 

Politoloq hesab edir ki, Ermənistan Paşinyanın simasında Qarabağ iddiasından da əl çəkə bilər. Çünki artıq Ermənistanda yavaş-yavaş başa düşməyə başlayıblar ki, erməni əhalisinin Qarabağda Azərbaycan vətəndaşı kimi yaşamasına icazə verilə bilər:

 

“Azərbaycan hökuməti, cənab İlham Əliyev özü də elan eliyib ki, Azərbaycanda yaşayan ermənilərə digər xalqlarla birlikdə eyni hüququ verməyə hazırıq. Paşinyan da yaxşı başa düşür ki, əgər Azərbaycanla dil tapmasa, Ermənistan bu formada blokadada qalacaq və bu vəziyyət Ermənistanı məhvə aparacaq. Çünki hər il orta hesabla 70-80 min insan Ermənistanı bu və ya digər şəkildə tərk edir”.

 

Politoloq Ermənistanda keçirilən seçkilərdən sonra Rusiyanın regionda təsirinin azalacağı ilə bağlı nüanslara da diqqət çəkib. O hesab edir ki, Rusiya faktiki olaraq Ermənistanda 80 faiz gücə sahib idi:

 

“Küçədən bir jurnalist gəldi və Rusiyanın möhkəm tutub qoruduğu,  Xocalı soyqırımında əli olan Serj Sarqisyanı devirib hakimiyyətə gəldi. Erməni cəmiyyəti Paşinyanı istədiyi üçün seçdi. Rusiya o zaman buna mane ola bilərdi ki, onu istəsinlər. Amma Qarabağ məsələsində ermənilər Rusiyaya güvənmir. 2-ci Qarabağ savaşında Rusiya Ermənistana dəstək verə bilmədi.  Ermənilər Rusiyanın onları Azərbaycana satdığını deyirlər. Ona görə də Rusiyanın namizədinə səs vermədilər”.

 

 

 

 

"Paşinyanın qələbəsi ilə Zəngəzur dəhlizinin açılaması prosesi tezləşə bilər”

 

Politoloq Rusif Məmmədsoy bildirib ki, Ermənistanda başlayan proseslər bütövlükdə region üçün çox vacib idi:

 

"Paşinyanın qələbəsi ilə Zəngəzur dəhlizinin açılaması prosesi tezləşə bilər. Bununla bağlı anonsu həm Türkiyə prezidenti Ərdoğan, həm də ölkə başçımız İlham Əliyev Şuşaya səfəri zamanı vermişdi. Nikolun məsələyə müdaxilə etməməsinin səbəblərindən biri də seçkilər ərəfəsində olması idi. Bu, onun xal itirməsinə gətirib çıxara bilərdi. İstənilən halda Zəngəzur dəhlizi açılacaqdı, lakin Paşinyanın qələbəsi prosesi sürətləndirəcək. Çünki Paşinyan erməni cəmiyyətinin ona nə üçün səs verdiyini başa düşür. Birincisi, ermənilər yeni savaş istəmir. İkincisi, erməni xalqı keçmiş Qarabağ klanına, başda Robert Köçəryan olmaqla, Serj Sarkisyana, Vazgen Manukyana inanmırlar.

Bununla yanaşı, əsas məsələ Köçəryanın Zəngəzurda, Gorusda və digər yerlərdə xüsusilə aktivlik göstərməsi idi. Ancaq seçkilər günü həmin dairələrdə məhz Nikol Paşinyan qələbə qazandı. Bu, maraqlı nüanslardan biridir. Buradan belə bir nəticəyə gələ bilərik ki, Zəngəzur dəhlizinin açılması seçkidən asılı deyildi. Sadəcə olaraq, tezləşdirilməsi məsələsi var idi. Seçkilərdən sonra Paşinyan bu prosesi sürətləndirəcək, çünki Ermənistan iqtisadi blokadadan çıxmaq istəyir. Bunun da ən yaxşı yolu dəhlizin açılmasıdır. Bununla Ermənistan dünyaya inteqrasiya edə bilər. Onlar sadəcə erməni lobbisi və ya Rusiyadan gələn ianələr hesabına yaşamaq istəmirlər. Bundan sonra beynəlxalq layihələrdə tranzit ölkə kimi iştirak edib, öz büdcəsini formalaşdıra, inkişaf edə bilərlər”.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı