Ayı turistlərə hücum etdi
Rusiyanın Krasnoyarsk bölgəsində yerləşən “Erqaki” Milli Parkında ayı turistlərə hücum edib.
Bu barədə Rusiyanın Baş İstintaq İdarəsinin Krasnoyarsk diyarı üzrə Regional İdarəsi məlumat yayıb.
Belə ki, ayının hücumu nəticəsində 16 yaşlı yeniyetmə aldığı xəsarətlərdən yerindəcə ölüb. Daha bir nəfər vəhşi heyvanın hücumu nəticəsində xəsarət alıb.
Ümumilikdə turist qrupu 13 nəfərdən ibarət olub.
Qeyd olunur ki, Baş İstintaq İdarəsi hadisə ilə əlaqədar araşdırmaya başlayıb.
Turistlər Fövqəladə Hallar Nazirliyinin Regional Qərargahının əməkdaşları tərəfindən Milli Parkın ərazisindən çıxarılıb.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"