Almaniya Rusiyaya qarşı savaşa hazırlaşır
Almaniya müdafiə xərclərini artıraraq Rusiya ilə savaşa hazırlaşır.
Versus.az xəbər verir ki, bunu Almaniyanın Sol Fraksiyasından olan deputat Sevim Dağdələn deyib.
“NATO-nun silahlanmanın artırılması ilə bağlı siyasəti, Rusiya ilə münasibətlərdə eskalasiya və Almaniya hökumətinin SSRİ-yə 80 il öncə hücumu ilə bağlı tarixi unutması, bu yalnız bir medalın iki tərəfidir. Diplomatiya yerinə alman hökuməti misilsiz silahlanmaya yatırım edir ki, bir neçə ilə qitədə 85 milyard avro müdafiə xərclər olan böyük hərbi gücə çevrilsin. Bu, Rusiyanın hərbi xərclərini əhəmiyyətli miqdarda üstələmək deməkdir. Federal hökumət açıq şəkildə Rusiya ilə savaşa hazırlıq kursu götürür. Rusiya ilə mübarizəyə çağırış edən istənilən güc gərginliyin azaldılmasında və ümumi Avropa evinin yaradılmasında maraqlı deyil”, – deyə o bildirib.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"