"Parlament seçkilərinin növbədənkənar keçirilməsinə əsas yoxdur"

15:10 08-11-2018 | icon 408 | Siyasət
"Parlament seçkilərinin növbədənkənar keçirilməsinə əsas yoxdur"

 

Tahir Kərimli: "Düşünürlər ki, Prezident seçkiləri vaxtından əvvəl keçirilibsə, parlament seçkiləri də növbədənkənar ola bilər"

 

 

"Parlament seçkilərinin vaxtından əvvəl keçirilməsini təmin edən konstitusyon əsaslar yoxdur".

 

Bunu Versus.Az-a millət vəkili Tahir Kərimli növbədənkənar parlament seçkilərinin keçirilməsi və bu istiqamətdə baş verəcək gözləntilərlə bağlı açıqlamasında bildirib.

 

T.Kərimli bildirib ki, növbədənkənar parlament seçkiləri ilə bağlı səslənən fikirlər Prezident seçkilərinin vaxtından əvvəl keçirilməsinə görə ortaya çıxıb:

 

“Çoxları elə düşünür ki, Prezident seçkiləri vaxtından əvvəl keçirilibsə, parlament seçkiləri də növbədənkənar ola bilər. Amma Prezident seçkilərini tezləşdirən səbəblər var idi. Bunlar, Konstitusiyada prezidentlik müddətinin uzadılması ilə bağlı müddəa, dəyişikliklər, Rusiya və Ermənistandakı seçkilər və digər aktual məsələlərdir. Azərbaycanda Prezident o vaxt parlamenti buraxa bilər ki, iki dəfə Nazirlər Kabinetini, Ali Məhkəməni, Konstitusiya Məhkəməsini, prokurorluğu, Milli Bankı təsdiq etməsin. Bu hallar yoxdursa, o zaman parlament seçkilərinin vaxtından əvvəl keçirilməsi üçün başqa əsaslar olmalıdır”.

 

Deputat bir çox hallarda parlament seçkilərinin ertələnməsinin iqtidardaxili münsibətlərlə əlaqələndirildiyini də qeyd edib. “Bunun üçün konstitusion əsaslar görmürəm və bu istiqamətdə ciddi fikirlərlə qarşılaşmamışam”-deyə, T.Kərimli vurğulayıb.

 

ARZU
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı