Son sutkada rekord sayda peyvənd VURULDU
Azərbaycanda son sutkada 66010 nəfərə koronavirus (COVID-19) əleyhinə peyvənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Versus.az-a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 36942 nəfər, ikinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 29068 nəfərdir.
Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 3146350 COVID-19 əlyehinə vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2034554 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1111796 nəfərdir.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"