Ronaldudan cənubi azərbaycanlı futbolçuya TƏŞƏKKÜR

18:50 24-06-2021 | icon 317 | İdman
Ronaldudan cənubi azərbaycanlı futbolçuya TƏŞƏKKÜR

Portuqaliya yığmasının ulduz futbolçusu Kriştianu Ronaldu cənubi azərbaycanlı keçmiş hücumçu Əli Daeiyə təşəkkür edib.

 

Versus.az xəbər verir ki, 36 yaşlı forvard İran yığmasının sabiq futbolçusunun onun haqqında yazdıqlarına münasibət bildirib.

 

Ronaldu bu barədə instaqram hesabındakı paylaşımında yazıb: "Həqiqi çempionlar daim çempion kimi qalır.

Sizin kimi nəhəng birindən bu sözləri oxuduğum üçün qürur duyuram. Çox sağ ol, Əli Daei".

 

Qeyd edək ki, Kriştianu Ronaldu F qrupunun sonuncu görüşündə Fransa ilə 2:2 hesablı heç-heçə etdikləri qarşılaşmada dubla imza atıb. Beləliklə, o, Əli Daeinin milli komandada vurulan qol sayı üzrə beynəlxalq rekorduna şərik çıxıb. Cənubi azərbaycanlı keçmiş oyunçu bu münasibətlə Ronaldunu təbrik edib.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı