Azərbaycanda şok HADİSƏ

18:54 24-06-2021 | icon 135 | Hadisə
Azərbaycanda şok HADİSƏ

Qadını çarpayıya bağlayıb başını qırxdı

 

Yevlax rayon Məhkəməsində ötən ilin 2 dekabr tarixində rayonun Kür küçəsində yaşayan 1983-cü il təvəllüdlü Natiq Səmədovun (şərti) həyat yoldaşı Jalə Səmədovaya (şərti) işgəncə verməsi faktı ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Versus.az xəbər verir ki, Natiq Səmədov barəsində Cinayət Məcəlləsinin 133.2.6-cı (əzab vermə - işgəncə etməklə törədildikdə) maddəsi ilə açılmış işin materiallarından məlum olub ki, hadisə qısqanclıq zəminində baş verib.

 

2007-ci ildə evləndiyi və birgə nikahdan 3 övladının olduğu xanımının başqa şəxslə danışmasından şübhələnən Natiq onu izləməyə başlayıb. O, 2019-cu ildə Yeni il ərəfəsində yoldaşına smartfon tipli telefon hədiyyə edib. Bir müddət sonra Natiq Jalənin hərəkətlərindən şübhələnməyə başlayıb, lakin onun telefonunda iz tapa bilməyib. Keçən ilin 2 dekabrında isə o, həyat yoldaşınnı işdən evə gələndə yataq otağına keçərək çarpayının alt hissəsinə nə isə qoyub gizlətdiyini görüb. Dərhal içəri daxil olan kişi oradakı əşyaları götürüb. Məlum olub ki, Jalə həyat yoldaşının bilmədiyi mobil telefon nömrəsini və 7 nömrə yazılmış kağız parçasını gizlətməyə çalışır. Bundan sonra ailədə münasibətlər daha da kəskinləşib. Natiq Jalədən kiminlə danışdığını soruşub və kağızda olan nömrələrə bir-bir zəng edib. Lakin cavab verən şəxslər onun həyat yoldaşı ilə münasibətlərinin olmadığını deyiblər. Buna baxmayaraq Natiq Jaləni sorğu sual-etməyə cavab verib. Qadının ona məlumat vermədiyini görən şəxs daha sonra şarf və tozsovuranın naqili ilə onu çarpayıya bağlayaraq döyüb, həmçinin bədəninə yanıq xəsarətləri yetirib. O, qayçı götürərək həyat yoldaşının saçını səliqəsiz formada kəsib. Bu zaman qadın çırpınaraq müqavimət göstərib və qayçı onun başına xəsarət yetirib.

 

Jalənin başından qan axdığını görən Natiq ona işgəncə verməyi dayandırıb və tibbi yardım göstərib.

 

Hadisədən 1 gün sonra Jalə qohumlarına zəng edərək əri tərəfindən döyüldüyünü bildirib və polisə şikayət edib.

Məhkəmə prosesində o, Natiqdən şikayətçi olmadığını bildirib. Məhkəmə N.Səmədovu 2 il müddətinə şərti cəzaya məhkum edib və o, sərbəst buraxılıb

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Paşinyan yenə xislətinə uyğun manevrlər edir”

Hafiz Hacıyevin müavininin "facebook"dakı rəyi gündəm oldu

"Zamanın axarında"n baxanda dünya aydın görünür... - Resenziya

“Həmin deputatın üzürü yox, həbsi lazım idi”

Vətən müharibəsindəki şanlı qələbəyə həsr olunmuş KİTAB

I Qarabağ Beynəlxalq İqtisadi Forumunda iştirak etmiş qonaqlarla GÖRÜŞ

Koronavirus yaddaş pozulmasına səbəb olur

KTMT Kəlbəcərdə baş verənlərə MÜNASİBƏT

“Bu “Pat” vəziyyətinə görə müxalifətin də hardasa səhvləri var” - MÜSAHİBƏ

“Zəfərin sıra nəfərləri” - SƏNƏDLİ FİLM

Bodrumda YANĞIN

Flora Kərimova “Şərəf” ordeni ilə təltif edildi

Bayden bu dəfə Trampla Obamanı səhv saldı

"Görünür Jirinovski ilə görüşməli olacam"

Səlçuk Bayraktardan Türkiyədəki meşə yanğınlarına dair AÇIQLAMA