Britaniyanın keçmiş baş naziri Uinston Çörçill tərəfindən çəkilən tablo Nyu-Yorkda hərracda təxminən 1,8 milyon dollara satılıb.
Bu barədə TASS xəbər verib.
Mütəxəssislərinin fikrincə, rəsm 1921-ci ilin yayında yağlı boya ilə çəkilib. 76 x 63.3 sm ölçülü kətanda İngiltərənin kiçik bir şəhərinin yaxınlığında bir meşə və xəndək təsvir edilib.
Lotun təxmini dəyəri 1,5 milyon dollardan 2 milyon dollara qədər dəyişib.
Kətan əvvəllər Yunan sahibkarı Aristotel Onassisin (1906-1975) kolleksiyasının bir hissəsi olub.