Metronun iki yeni stansiyası istismara verilə bilər

16:43 08-11-2018 | icon 477 | Gündəm
Metronun iki yeni stansiyası istismara verilə bilər

 

Hazırda Bakı Metropoliteninin III - Bənövşəyi xəttinin tikintisi davam etdirilir və ilin sonunda ilk iki stansiyanın istismara verilməsi nəzərdə tutulur.

 

Versus.Az xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin İstismar üzrə baş mühəndisi Əlixan Osmanov bildirib.

Ə.Osmanovun sözlərinə görə, metropolitenin baş layihəçisi olan Fransanın SYSTRA şirkəti işlədiyi müddət ərzində yalnız konsepsiyanı irəli sürüb və ümumi istiqamətlər verib:

 

“Qısa müddətdə “Bakımetrolayihə” institutunun işi canlandırılıb və ən zəruri layihələr hazırlanıb. Onun nəticəsidir ki, ilin sonunda iki stansiyanın istismara verilməsi nəzərdə tutulur. Bənövşəyi xəttin digər stansiyalarının tikintisində işlər lazımı səviyyədə aparılır”.

 

Baş mühəndis qeyd edib ki, metro vaqonları parkının plana uyğun sürətlə yenilənməsi nəticəsində, Fransanın “Alstom” və Rusiyanın "Metrovaqonmaş" şirkətlərinin birgə istehsalı olan ən müasir, sərnişin üçün yüksək rahatlığa malik 15 ədəd vaqon alınıb.

Ə.Osmanov deyib ki, vaqon parkının artması saatda 30 cüt qatar hərəkət cədvəlinə keçməyə və hərəkətin intensivliyini çoxaltmağa imkan verib:

 

"İnkişafın və yenidənqurmanın davamı olaraq, 2018-ci ildə "Metrovaqonmaş" şirkətindən 10 vaqon alınıb. Sərnişinlərin rahatlığı və xidmət keyfiyyətinin artırılması istiqamətində bütün stansiyaların vestibüllərində interaktiv-sensorlu məlumat köşkləri qurulub. Şəhərin xəritəsi üzərindəki Bakı Metropoliteni xətlərinin interaktiv sxemindən başlanğıc və sonuncu stansiyaların adlarını seçməklə sərnişin öz hərəkət marşrutu haqqında, stansiyalar və keçidlər (əgər varsa), mühüm məişət, mədəni, təhsil, nəqliyyat və s. obyektlər barədə məlumat əldə edə bilir. Bu il həmin köşklərin imkanları genişləndirilib, sərnişinlərə məlumatlar daha da ətraflı çatdırılır. Məlumatların daha dolğun və görüntülü olması üçün bütün stansiyalarda olan sərnişin informasiya sisteminin monitorları dəyişdirilərək ən yenilərilə əvəz olunub".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı