Paşinyanın seçkilərdə qələbəsinin SƏBƏBLƏRİ

12:58 25-06-2021 | icon 448 | Geopolitika
Paşinyanın seçkilərdə qələbəsinin SƏBƏBLƏRİ

Fikrət Sadıqov: “Əlimizdən gələni edəcəyik ki, Paşinyan reallığa uyğun addımlar atsın”

 

“Paşinyanın seçkilərdə qələbə çalması onun xüsusi nailiyyəti deyil. Sadəcə olaraq erməni seçicilər keçmiş rəhbərə inanmırlar”.

 

Bunu Versus.az-a politoloq Fikrət Sadıqov Ermənistanda keçirilən seçkilərdə Nikol Paşinyanın qələbə çalmasının səbəbləri ilə bağlı şərhində bildirib.

 

 “Ölkə elə bir problemlərlə üzləşib ki, seçicilər Sarqisyanla, Köçəryanın bu vəziyyəti müsbət məcraya yönəldə biləcəyinə inanmırlar. Paşinyanın tərəfdarlarının səs çoxluğu ilə parlamentə seçilməsi o deməkdir ki, Paşinyan müəyyən dərəcədə rəqiblərindən üstündür. Və sübut elədi ki, artıq erməni xalqı Dağlıq Qarabağ münaqişəsindən yorulub. Çünki ərazi iddiaları ilə gedib başqa dövlətin ərazilərində həlak olmaq Ermənistan valideynlərinin marağında deyil”.

 

Hökumətin formalaşmasına gəlincə, politoloq bunun da səsçoxluğunun miqdarından asılı olacağını bildirib:

 

“Hökumətin formalaşması Paşinyan tərəfdarları tərəfindən həyata keçiriləcəksə, deməli həmin daxili və xarici siyasət kursu davam etdiriləcək. Əgər Paşinyan Köçəryan bloku ilə koalisiya yaratmağa məcbur olacaqsa, Köçəryan tərəfdarları koalisiya çərçivəsində müəyyən problemlər törədəcəklər. Əllərindən gələni edəcəklər ki, Paşinyanın siayasi addımları müəyyən problemlərlə üzləşsin”.

 

Politoloq Paşinyan tərəfdarlarının parlamentə seçilməsini region üçün qanedici hal kimi dəyərləndirib:

“Çünki Paşinyan üçtərəfli sazişə imza atıb. Paşinyan o bəyənnamədə göstərilən maddələri yerinə yetirməlidir. Biz əlimizdən gələni edəcəyik ki, Paşinyan bu maddələri yerinə yetirib reallığa uyğun addımlar atsın.

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı