Tokioda Azərbaycan idmançıları hər gün testdən keçiriləcək

13:08 25-06-2021 | icon 513 | İdman
Tokioda Azərbaycan idmançıları hər gün testdən keçiriləcək

“Tokioya getməzdən minimum iki həftə öncə idmançılar xüsusi tətbiq vasitəsilə öz simptomlarını göstərməlidir. Onlar Bakıda iki test verməlidirlər. İki neqativ testdən sonra Tokioda PCR test də verilməlidir. Əgər bu da neqativ çıxarsa, Tokiodakı Atletlər Kəndinə getməyə icazə veriləcək”.

 

Versus.Az xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr Şöbəsinin rəisi Anar Bağırov deyib.

 

O bildirib ki, Tokio Olimpiadasında Azərbaycan idmançıları hər gün testdən keçiriləcəklər:

 

“İdmançılar hər gün test verəcək. İki gündən bir isə PCR testi verməlidirlər. Testi pozitiv çıxanlar iki həftəlik karantinə alınacaq. Pozitiv çıxan idmançılar diskvalifikasiya edilmiş hesab olunmayacaq. Bundan sonra iki neqativ nəticəsi olan PCR testi götürüləcək. Ancaq bundan sonra belə, Yaponiyanın dövlət qurumları da bu testin nəticəsini təsdiqləməlidir. Yalnız bundan sonra onun karantindən çıxması barədə qərar veriləcək.

 

Orada peyvəndləşmə məsələsi məcburi deyil. Ancaq xoşbəxtlikdən bizdə təxminən Olimpiya komandamızın 80 faizi peyvəndləşmə prosesindən keçib. Bu baxımdan düşünürük ki, koronavirusla bağlı bizim problemimiz olmayacaq”.

 

Həmçinin o da bildirilib ki, Yerli Təşkilat Komitəsi nümayəndə heyətlərini tibbi maska və spirtlə təmin etməyəcək. Tokioda maska açıq havada məcburi olduğundan Milli Olimpiya Komitəsi özü ilə lazımi avadanlıqlar götürəcək.

 
 
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı