İnsanda tükənmişlik sindromu necə başlayır?

15:18 25-06-2021 | icon 458 | Sağlamlıq
İnsanda tükənmişlik sindromu necə başlayır?

Tükənmə sindromu öz inkişafında 7 əsas fazadan keçir

 

Son illərin ən böyük bəlalarından biri depressiyadır. ÜST-ün proqnozlarına görə, 2020-ci ildə ÜDS xəstəliklərindən sonra yayılmasına görə depressiya 2-ci yeri tutacaq. Buna görə də bu qlobal mövzunun daha ətraflı araşdırılması günümüzün aktual məsələlərindəndir. Alimlər tezliklə depressiyanın hətta epidemiya şəklində yayılacağını proqnozlaşdırır.

 
 
Çox zaman depressiyanın ilkin səbəbi kimi xroniki yorğunluq sindromu və ya tükənmə sindromu göstərilir. Termini (“burn out”) təbabətə amerikalı psixoanalitik H.Froydenberger gətirmişdir. Sindromun yaranmasında əsas rolu uzunmüddətli və həllini tapmamış streslər oynayır. Sindromun ağır fəsadlar yaratması ilə əlaqədar ÜST stresi XXI əsrin əsas problemlərindən hesab edir.
 
 
Sindromun digər psixoloji səbəbi - insana qarşı çox yüksək tələblərin qoyulması, daimi təzyiq və artıq dərəcədə rəqabətli mühitin olmasıdır. Bu faktorlar pasiyentin istirahətsiz işləməsinə, özünü bütövlükdə bu fəaliyyətə həsr etməsinə səbəb olur; onlar hətta evdə də dincəlmədən aktiv işləməyə davam edir. Gördüyü işin müqabilində lazımi dəyər və qiyməti almadıqda isə özünəinam azalır, daxili balans pozulur və psixoloji kriz qaçılmaz olur. Tükənmə sindromuna meyilli pasiyentlər sırasına ilk növbədə, həkimlər, müəllimlər, menecer və şirkət rəhbərləri, sürücü, pilot və maşinistlər, həmçinin, elektronika və informatika üzrə mütəxəssislər aiddir.
 
Tükənmə sindromu öz inkişafında 7 əsas fazadan keçir.
 
 
Birinci fazada pasientlər çox yüksək aktivlik və güclü iradə nümayiş etdirirlər: onlar ən çətin işin öhdəsindən asanlıqla gəlirlər.
 
 
İkinci fazada pasient lazımi qiymət alma-dığına görə işdən bir qədər soyuyur, özünə qapanır. İş qabiliyyəti və işə olan həvəsi azalır.
 
 
Üçüncü fazada duyğusal tükənmə, yorğunluq, enerji qıtlığı, ürək narahatlığı, əsəbilik, səbrsizlik, özgüvənin azalması, dəyərsizlik hissi, tənqidə qarşı həssaslıq, qərar vermədə çətinlik, süstlük, boşluq və mənasızlıq hissi, ümidsizlik və 2 tip reaksiya müşahidə oluna bilər: derpessiv (özünəqapanma, özünü günahlandırma), yaxud aqressiv (bütün günahı ətrafdakılarda görür, hər qıcığa qəzəblə reaksiya verir). Bu məqamadək sindromun inkişafı ətrafdakılar üçün nisbətən gizli keçir.
 
 
Dördüncü fazadan başlayaraq psixoloji durum və iş qabiliyyətində olan dəyişikliklər artıq qabarıq şəkildə özünü büruzə verir, məsələn, işində yaranan yanlışlıqlar, işlərini təxirə salma, işə gecikmək və s.
 
 
Beşinci fazada ətraf mühit onun üçün bütün əhəmiyyətini itirir, psixi simptomlara fiziki (somatik) simptomlar, o cümlədən, xroniki, güclü baş ağrıları, yuxusuzluq, bütün bədəni əhatə edən naməlum mənşəli ağrılar, residivləşən infeksiyalar, mədə - bağırsaq şikayətləri əlavə olunur. Altıncı fazada fiziki simptomlar ön plana keçir, sadalanan əlamətlərə ürək-damar sistemi tərəfindən simptomlar əlavə olunur, metabolik pozulmalar yaranır.
 
 
Yeddinci faza tam ümidsizlik, depressiya, yalqızlıq və ətraf mühitdən təcrid ilə xarakterizə olunur; suisidal fikirlər baş qaldıra bilər.
 
 
İnsanı bütövlükdə - həm cismini, həm ruhunu zədələyən bu patoloji sindromun ənənəvi təbabətlə müalicəsi birmənalı nəticə vermir; istifadə olunan kimyəvi preparatlara qarşı asılılığın yaranması ilə yanaşı, onların ciddi yan təsirləri mövcuddur.
 
 
Bioloji təbabətlə müalicə üsulları (biotənzimləyici preparatlar, ortomolekulyar vasitələr…) tükənmə sindromunun səbəb və nəticələri ilə effektiv, toksiki təsir olmadan mübarizə aparmağa imkan verir.
 
 
Müalicə tədbirləri fazadan asılı olaraq müxtəlif aspektləri əhatə edir. İlk növbədə pasient həyat tərzinin dəyişməsinə, özünə və ailəsinə daha çox vaxt ayırmasına motivasiya olunmalıdır. Yuxu və qida rejiminin normallaşdırılması, açıq havada, təbiət qoynunda gəzinti, aktiv idman, yoqa, meditasiya kimi qeyri-medikamentoz üsullardan geniş istifadə olunur.
 
 
Başlanğıc fazalarda terapiyanın bazis preparatı Neurexan və Valerianaheel-dir (narahatlıq, yuxusuz-luq..). Sindrom zamanı orqanizm bütövlükdə zədələndiyindən vitamin və mikroelementlərlə əvəzləyici terapiya aparılmalıdır (vit. B6, B12, C, D, Zn, Mg). “Burn out” zamanı oksidativ stress markerlərinin yüksəlməsi müşahidə olunduğundan sərbəst radikalların artmış səviyyəsini dəf etmək üçün yüksəkdozalı vitamin C-dən - Pascorbin 7,5 q kimi antioksidantdan istifadə olunur.
 
 
Özünəqapanma, depressiya qabarıq şəkildə özünü büruzə verdikdə (dördüncü faza) Nervoheel preparatının istifadəsi məqsədəuyğundur.
 
 
Son illər sübut olunmuşdur ki, artıq sindromun erkən fazalarında mitoxondrilərdə müşahidə olunan disfunksiya (azot oksidinin və onun mübadilə məhsullarının artıqlığı nəticəsində yaranmış nitrostress) enerji qıtlığına səbəb olur. Energetik balansın bərpası üçün biotənzimləyici biokatalizatorlar olan Coenzyme compositum və Ubichinon compositum preparatları məsləhət görülür.
 
 
İstənilən fazada müşahidə olunan toxuma asidozunu qələviləşdirici qidaya keçməklə (əsasən tərəvəzlər) və qələvi qarışıq olan “Alkala N” preparatının qəbulu ilə aradan qaldırmaq olar - 1 ölçü qaş. toz isti suda həll olunaraq yeməkdən 2 saat əvvəl içilir. Bioloji təbabətlə, onun üsul və preparatları ilə zamanında aparılmış müalicə orqanizmin özünütənzimləmə mexanizmlərini işə salaraq yaxşı terapevtik effekt verir və depressiyanın inkişafının qarşısını alır. Bu terapiya həm də aqressiv kimyəvi preparatların tətbiqindən, onların fəsadlarından qaçmağa imkan verir. /medicina.az/
 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Dünyanın ən yaxşı ordularına malik ölkələr

Sərbəst güləş millimiz dünya çempionatında 3-cü olub

Maqsud bəyin ulduzu Şöhrət Xiyabanında peyda oldu

Bərdə terrorundan 4 il ötür

Güləşçilərimiz 8 medal qazandı

MM-in komitə sədrindən DƏSTƏK

Bu gün daha dörd oyun keçiriləcək

Avropa ölkələrindən Gürcüstanla bağlı BƏYANAT

İki nəfərin öldüyü tunelə giriş-çıxış BAĞLANDI

Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ

Türkiyə Cümhuriyyəti - 101

Kirayə yolu ilə mənzil satışı SADƏLƏŞİB