Diabeti vaxtında necə aşkarlayaq?

15:21 25-06-2021 | icon 451 | Sağlamlıq
Diabeti vaxtında necə aşkarlayaq?

Diabet diaqnozu qoyulduğu zaman orqan zədəsi artıq mövcuddur və qarşısını almaq mümkün deyil. Buna görə də xəstəliyin vaxtında aşkarlanması vacibdir.

 
 
Versus.Az lent.az-a istinadən xəbər verir ki, bunu endokrinoloq Şəbnəm Əlirzayeva bildirib.
 
 
Onun bu barədə fikirlərini təqdim edirik:
 
Şəkərli diabet - orqanizm tərəfindən yaradılan insulinin kifayət qədər olmaması və ya onun təsir effektinin pozulması nəticəsində meydana çıxan, qanda şəkərin yüksəlməsi ilə xarakterizə olunan xroniki endokrin xəstəlikdir. Bu xəstəliyin əsas xüsusiyyətlərindən biri odur ki, erkən mərhələdə özünü göstərmir, orqanizmdə gizli gedir. Onu adətən qanın və sidiyin ümumi analizində müəyyən edirlər.
 
 
Prediabet bu sağlam bədən və diabet arasında bir sərhəddir. Prediabet aşkarlanan insanlar 2-ci tip şəkərli diabet riski altındadır. Bu prediabetik vəziyyət təhlükəli olmasına baxmayaraq, tamamilə müalicə edilə bilər. Elmi-tədqiqatlar göstərir ki, xroniki ağırlaşmalar diabetdən əvvəlki mərhələdə artıq inkişaf etməyə başlayır. Diabet diaqnozu qoyulduğu zaman orqan zədəsi artıq mövcuddur və qarşısını almaq mümkün deyil.
 
 
Buna görə də xəstəliyin vaxtında aşkarlanması vacibdir. Prediabet, 1-ci və 2-ci tip şəkərli diabetin diaqnozu kliniki simptomların, xəstə haqqında toplanmış anamnezin (məs., ailədə diabetə meyillik, hamiləlik zamanı qlikemiyanın pozulması) və laborator müayinələrin nəticələri əsasında qoyulur. Şəkərli diabetin müəyyən edilməsində “Diabetik profilli” laborator analizin əhəmiyyəti böyükdür. Diabetik profilli müayinələrə HbA1C, Qlükoza, C-peptid, Qlükoza-tolerant testi, Qlükoza, Fruktozamin və İnsulin müayinələri daxildir.
 
Qlikohemoqlobin – hemoqlobinin qlükoza ilə birləşməsidir və son 3 ayda olan qlükozanın orta səviyyəsini göstərir. Bu həm diaqnostikada, həm də şəkərli diabetin müalicəsinə nəzarət etmək üçün ən dəqiq və zəruri testdir.
 
 
Oral qlükoza tolerant testi nə zaman aparılır? Əgər aclıq qan şəkəri və qlikohemoqlobin arasında və ya klinik simptomlarla qanın laborator müayinəsinin nəticəsi arasında uyumsuzluq olarsa, diaqnozu dəqiqləşdirmək məqsədilə şəkər yükləmə testinə müraciət olunur. Eyni zamanda hamiləlik zamanı diabetin aşkarlanması üçün bu müayinənin aparılması əhəmiyyətlidir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...