“JARA”nın rusiyalı ulduzları evdə Azərbaycan yeməkləri bişirməklərindən danışdılar
Rusiya şou-biznesinin ulduzları qonaqpərvərliyinə, gözəlliyinə və əlbəttə ki, inanılmaz ləzzətli mətbəxinə görə “Odlar yurdu” Azərbaycandan ötrü darıxdıqlarını və onu sevdiklərini deyiblər. Sən demə, onların bir çoxu Azərbaycan yeməklərini evdə özləri bişirir, hətta dostlarını da qonaq edirlər.
Dmitri Malikov “Moskva-Bakı” qəzetinə müsahibəsində deyib ki, Bakıda bişən nərə balığını çox sevir. O bildirib ki, Azərbaycana ac gəlmək lazımdır, çünki burada çox qonaqpərvərdirlər və bolluca dadlı yeməkləri var.
Əri ilə qırmızı xalça üzərinə çıxan Anna Sedokova Azərbaycan yeməklərini necə bişirəcəyini bilmədiyini, ancaq ərinin Azərbaycansayağı ət hazırladığını etiraf edib.
Anita Çoy plovun 36 növünü bilir və bunlardan biri də Azərbaycan plovudur. O, plov bişirməyi Bakıda öyrənib.
Müğənni Jasmin portala bildirib ki, ailəsi Azərbaycan mətbəxini çox sevir, nənəsi dolmanı sırf Azərbaycansayağı hazırlayır. Müğənni həm də deyir ki, onun hər iki nənəsi- Sonya və Sara Azərbaycan dilində çox yaxşı danışırdılar.
Ayəndə Dadaşova
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"