Günəşin təsiri ilə kəskinləşən XƏSTƏLİKLƏR

09:04 26-06-2021 | icon 468 | Sağlamlıq
Günəşin təsiri ilə kəskinləşən XƏSTƏLİKLƏR

İsti havalarda ultrabənövşəyi şüalarla yanaşı infraqırmızı şüalar və havanın rütubəti insan orqanizminə təsir göstərir.

 

RT-nin məlumatına görə, bu barədə rusiyalı tibb elmləri doktoru, dermatoveneroloq İrina Skoroqudayeva Günəşin ağırlaşdırdığı xəstəliklər barədə danışarkən bildirib.

 

Onun sözlərinə görə, yüksək rütubətə görə istilik vurmasına məruz qalmaq mümkündür.

 

“Nəm hava ürək-damar diaqnozu qoyulmuş xəstələr üçün çox çətin haldır”, - deyə ekspert qeyd edib.

 

O vurğulayıb ki, ultrabənövşəyi şüalar açıq rəngli dərisi olan insanlar üçün xüsusilə təhlükəlidir, çünki genetik səviyyədə müdafiədən məhrumdurlar.

 

“Bu insanlar demək olar ki, qarala bilmirlər və hətta qısa müddətdə, intensiv günəş olmasa belə (məsələn, səhər və axşam) yana bilərlər”, - deyə o vurğulayıb.

 

Həkimin sözlərinə görə, ən böyük problem Günəş işığının təsiri ilə yaranan xərçəngdir.

 

“Bundan başqa, yayda ciddi xroniki xəstəlik olan rosacea yarana bilər, immunitet pozulduğu üçün viruslu xəstəliklər, herpes kəskinləşə bilər. Dəridə kollagen məhv olur, piqmentasiya, yanıqlar meydana gəlir, yaşlanma sürətlənir”, - deyə o əlavə edib.

 

Skoroqudaneva Günəşin faydalarından da danışıb.

“Məsələn, günəşli günlərdə serotonin və D3 vitamini (hansı ki, Günəşdə qaraldıqdan sonra - cüzi qızartıda, ancaq yanıq olmadığı zaman dəridə sintez olunur) istehsal olunduğu üçün depressiv vəziyyətin faizi azalır”.

 

Mütəxəssis, su içmə rejiminə riayət etməyi və bədəndə lazımi mikroelementləri saxlamaq üçün kifayət qədər duz istehlak etməyi məsləhət gördü.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür

Rektor yeni dövrün universitetinə çevrilməyi hədəfləyən MDU-dan danışıb