“Haber Global” Azərbaycanın Silahlı Qüvvələr Günü münasibəti ilə süjet hazırlayıb 

14:31 26-06-2021 | icon 253 | Dünya
“Haber Global” Azərbaycanın Silahlı Qüvvələr Günü münasibəti ilə süjet hazırlayıb 

“Azərbaycan Silahlı Qüvvələri 103-cü ildönümünü Qarabağda qazandığı zəfərlə qeyd edir”.

 

Bu barədə Türkiyənin “Haber Global” telekanalının Azərbaycanın Silahlı Qüvvələr Günü münasibəti ilə hazırladığı süjetdə bildirilir.

 

 

Videoda Silahlı Qüvvələrinin yarandığı gündən bəri keçdiyi keşməkeşli yollardan və nəhayət 1993-cü ildə mərhum prezident Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə yenidən güclənməsindən, nizami ordu qurulmasından və gənc əsgərlərin təliminə önəm verilməsindən bəhs olunub.

 

“Heydər Əliyevin vəfatından sonra Azərbaycan Prezidenti İlham Əliyev də mütəmadi olaraq hərbi büdcəni artırdı, hərbçilər xarici ölkələrə təlimlərə göndərildi, ordu modern silahlarla təchiz olundu. İlham Əliyev hər nitqində “lazım gələrsə, torpaqlarımızı güc yolu ilə azad edərik” dedi, amma Ermənistan qulaq asmadı və sonda həmin gücün bütün dünyaya göstəriləcəyi o tarixi gün gəldi”, - deyə süjetdə vurğulanıb.

 

Kadrlarda bundan sonra 44 günlük Vətən müharibəsindən bəhs olunub:

 

“Ali Baş komandan İlham Əliyev dünyadan gələn təzyiqlərə sinə gərərkən, Azərbaycan əsgəri Qarabağda tarix yazdı”.

 

Süjetdə o da vurğulanıb ki, Azərbaycan Ordusunun bu əməliyyatları dünyada xəbər manşetlərinə “21-ci əsrin müharibəsi” kimi düşüb və hərbi təlimlərdə bununla bağlı dərslər keçirilir.

 

“Azərbaycan əsgəri canı bahasına bir xalqa zəfəri yaşatdırdı. Bu gün yaranma gününü Müzəfər Ordu kimi qeyd edirlər”, - deyə kadrların sonunda bildirilir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Partiyamız Yeni Azərbaycan Partiyasını əvəzləyəcək”

 Rusiya qəzetləri Azərbaycanı hədəfə alıb, orda Ukrayna...MÖVQELƏR

İctimai Şuranın üzvləri nədən narahatdır? - MÜZAKİRƏ

Zəfəri Nurlandıran NURLAN

Deputat xəstəxanada qazimizi ziyarət etdi

Pərəstişkarlarını yenə şoka saldı

Milli Məclis Aparatında KADR DƏYİŞİKLİKLƏRİ

Qarabağla bağlı təhlükəli SSENARİ

"Onlayn nəzir" hansı halda QƏBULEDİLƏNDİR?

KTMT Ukraynadakı hadisələrə QARIŞMAYACAQ

“Çağırışçıların 90 faizini bu aktla sığortalamaq olacaq”

Qazi-jurnalistimizin vəziyyəti kritikdir

Pikassonun məşhur əsəri

Məzar daşları rəqəmsal dünyaya DAŞINDI

50-yə yaxın şəxsi ABŞ-a aparacağı vədi ilə ALDATDI